2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İcra başçısının müavininə xəbərdarlıq verilib 

Baş Prokurorluq Səbail Rayon İcra Hakimiyyətinin (İH) başçısının birinci müavini Xalidə Bayramovaya xəbərdarlıq verib. Bu barədə Baş Prokurorluq mayın 4-də məlumat yayıb.

Bildirildiyinə görə, onunla bağlı daxil olan məlumat əsasında Azərbaycan Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb:

Saytların yığılması Saytlarin yigilmasi

“… Xalidə Bayramova vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “Covid-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib”.

Məlumata görə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinin pozulması səbəbindən Bayramovanın intizam məsuliyyətinə cəlb edilməsindən ötrü Səbail Rayon İcra Hakimiyyətinə təqdimat verilib.

Bu açıqlamaya, hələlik, Bayramova və Səbail Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Baş Prokurorluq bundan əvvəl yaydığı məlumatlara görə də, koronavirusa qarşı vaksinasiya ilə bağlı saxta tibbi sənədin verilməsi şübhəsi ilə həm tibb işçilərindən, həm də ayrı-ayrı şəxslərdən məsuliyyətə alınanlar var.

Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Əsasən Çinin “Sinovac” şirkətinə məxsus vaksinlərdən istifadə edilir.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 322 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 597 nəfərin vəfat etdiyi bildirilib.

24 saat” “İcra başçısının müavininə xəbərdarlıq verilib ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button