2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İcra başçısının qəzada ölən qardaşını Putinlə nə bağlayır?

Zərdab rayon icra başçısı Lütvəli Babayev qardaşı Əliağa Babayevin Rusiyada yol qəzasında dünyasını dəyişməsindən danışıb.

İcra başçısı “qafqazinfo”ya bildirib ki, qardaşının ürəyində problem var idi: “Ürəyinə iki dəfə stend qoyulmuşdu. Oruc tutan, namaz qılan adam idi. Bu il 60 yaşı tamam olmuşdu. Ona deyirdilər ki, maşın idarə etmə”.

L. Babayev qəzanın baş vermə şəraitindən də bəhs edib: “Maşın yoldan çıxaraq çəmənliyə düşüb və qardaşımı kənara atıb. O da başına aldığı zərbədən dünyasını dəyişib. “Lexus” markalı maşın idarə edirdi. O, Novosibirsk Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti idi. 2 oğlu var. Vladimir Putin ona ən yüksək ali dövlət mükafatı vermişdi. Cənazəsi sabah Bakıya gətiriləcək və Mingəçevirdə dəfn olunacaq”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button