Now Reading:
İcra başçısının qardaşının müəmmalı ölümü

İcra başçısının qardaşının müəmmalı ölümü

Quba rayon icra başçısının qardaşı DTX-nın hospitalında dünyasının dəyişib

Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşı bir neçə gün əvvəl vəfat edib. Az24saat.org saytına daxil olan məlumata görə, icra başçısının qardaşı Sabir Əliyev səhhəti ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin hospitalına yerləşdirilib. Burada stasionar müalicə alan Sabir Əliyevin vəziyyəti kəskinləşib və o dərhal əməliyyata götürülüb. Ancaq onun əməliyyatdan sağ çıxmadığı bildirilir.

Az24saat.org saytına verilən məlumatda Sabir Əliyevin həkimi bu ölüm faktına görə məsuliyyətə cəlb edilib.

Quba Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun məsləhətçisi Qoşqar Həsənov Az24saat.org saytının sorğusuna cavab olaraq başçının qardaşının xəstəxanada vəfatını təsdiqləyib. Ancaq onun dünyasının dəyişməsi və hadisənin hansı xəstəxanada olması barədə məlumatı olmadığını bildirib.

Allah rəhmət eləsin!

Quba Rayon İcra Hakimiyyətinin Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanis kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirən Z.Əliyev ixtisasca inşaat mühəndisidir.

Əmək fəaliyyətinə 1980-cı ildə “Azərbaycan Kənd Təsərrüfatı Texnikası” Layihə Kontorunda başlayan Z.Əliyev müxtəlif vəzifələrdə çalışıb.

2015-2017-ci illərdə “Azəravtoyol” ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışan zaman  Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Input your search keywords and press Enter.