İcra başçısının rüşvətlə bağlı səs yazısı - VİDEO - 24 saat xəbərlər
Now Reading:
İcra başçısının rüşvətlə bağlı səs yazısı – VİDEO
Full Article 1 minutes read

İcra başçısının rüşvətlə bağlı səs yazısı – VİDEO

Ağdam rayon icra başçısı Vaqif Həsənovun Xəzər rayon icra başçısının müavini işlədiyi dövrdə rüşvət alması ilə bağlı “Youtube” sosial şəbəkəsində səs yazısı yayılıb.


Az24saat.org saytı Unikal.org-a istinadən xəbər verir ki, həmin səs yazısında başçı müavini işləyən Vaqif Həsənov vətəndaşa icra hakimiyyəti tərəfindən torpaq ayrılması və ev tikmək üçün icazənin verilməsi sənədi üçün əvəlcədən 5000 manat rüşvət alır.

Səs yazısında vətəndaş “Mersedes” markalı avtomobilini sataraq hələlik pulun 5 min manatını gətirdiyini deyib. Yerdə qalanını isə bankdan krediti götürərək gətirib verəcəyini açıq şəkildə bildirir.

Başçı müavini Vaqif Həsənov isə rüşvət aldığı vətəndaşa narahat olmamağı və ömürlük sənəd verəcəyi vədini verir.

Qeyd edək ki, Vaqif Həsənov 2006-cı ildən 2011-ci ilə qədər Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyəti başçısının müavini,

2013-cü ilə qədər Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini,

2013-cü ildən 2018-ci ilə qədər isə birinci müavini vəzifələrində çalışıb.

Prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Vaqif Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.