Now Reading:
İcra başçısının sillə çəkdiyi xanım jurnalist: “Prokurorluğa ŞİKAYƏT EDƏCƏYƏM”

İcra başçısının sillə çəkdiyi xanım jurnalist: “Prokurorluğa ŞİKAYƏT EDƏCƏYƏM”

Foto-müxbir Fərqanə Novruzova aprelin 12-də Bakının Yasamal rayonu Abdulla Şaiq küçəsində yerləşən “Hacı Cavad” məscidinin sökülməsi zamanı hadisə yerinə gələn sözügedən rayonun icra başçısı İbrahim Mehdiyev tərəfindən şiddətə məruz qalıb.

İcra başçısı F.Novruzovanın suallarına kobud formada etiraz etməklə yanaşı, ona qarşı şiddət tətbiq edib, sərt əl hərəkəti ilə sillə vurub.

BiG.AZ məsələ ilə bağlı F.Novruzovanın mövqeyini öyrənib. Yasamal rayon icra başçısı İbrahim Mehdiyev tərəfindən zorakılığa məruz qalan jurnalist prokurorluğa müraciət edəcək.

“Mən işlədiyim bu 8 ildə heç vaxt öndə olmağa can atmamışam, bundan hər zaman qaçmışam. Çalışıram ki, həmişə özümü deyil, çəkdiklərimi insanlara göstərim… Heç vaxt bu işdə nələrdənsə, kimlərdənsə qorxmamışam, bunu ağlıma da gətirməmişəm. Çünki haqlı olduğumu bildiyimdən, bu mənə cəsarət verib. O adamın da etdikləri belə qalmayacaq, məhkəməyə və prokurorluğa şikayət edəcəyəm. Bu məsələnin sonuna qədər gedəcəyəm. Olanlar göz qabağındadır, çəkiblər. Mən kameramı qaldırıb çəkirdim, bir tərəfdən də sual verirdim. Əli ilə kameramı necə itələdisə, aparat üzümə sillə kimi dəydi”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.