2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İcra nümayəndəsi bağçanı da talayır – Yevlaxda

Yevlaxın Aran qəsəbəsindəki 2 saylı uşaq bağçasından edilən şikayətlərə baxılmır.

24saat.org-a müraciət edən bir qrup sakin qeyd edib ki, baxçanın müdiri Hacıyeva Sevinc və təsərrüfat müdiri Əhmədova Gülşən şikayətlərə məhəl qoymur. Belə ki, onlar körpələrə ayrılan qida məhsullarını mənimsəyirlər.

Yevlax rayonu icra nümayəndəsi Vaqif Əliyevə edilən şikayətlərə o, “mən baxçaya nə lazımdır verirəm” cavabını verib. Bu işdə məsul olan V.Əliyev bağça müdirəsinə tapşırıq verib ki, şikayət edən valideynlərin uşaqları bağçadan uzaqlaşdırılsın.

Saytların yığılması Saytlarin yigilmasi

Baxçanın təsərrüfat müdiri Gülşən Əhmədova isə icra nümayəndəsi tərəfindən bağçaya yetəri qədər ərzaq məhsulunun verilmədiyini deyib. Körpələrin ərzağını evinə aparanlardan biri – Gülşən Əhmədova həmçinin valideynlərə “gedin kimə istəyirsiz şikayət edin, mənim arxamda dayananım var, heç kim mənə heç nə edə bilməz” deyib.

İbtidai təhsiləqədər öyrədilməli olan uşaqlara heç nə öyrədilmir. Hər səhər saat 8:30 dan nahar yeməyinə kimi yeməli olduqları yumurta, (və ya kisel, mannı) şirniyyat, meyvə, meyvə şirəsini də hər gün evdən gətirdikləri az miqdarda şirniyyatla əvəz etməli olurlar. Günortaya kimi ac qalan körpələr aylardır nahara kartof, su və bəzən də makarondan ibarət sup yeyirlər və hər gün çörəyi evdən aparmalı olurlar.

Şənbə günləri və ayda bir neçə gün “uşaqları bağçaya gətirməyin” deyib, özlərinə əlavə istirahət günü, toy-yas günü ayıran müəllimələr heç bir valideynin şikayətini dinləmir. Valideynlər bütün bu sadalanan şikayətlərlə bağlı Yevlax Rayon İcra Hakimiyyətinə dəfələrlə şikayət etsələr də, nəticəsi yoxdur.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button