2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏXəbərlər

İctimai nəqliyyatda gediş haqqı artırıla bilər

Dövlətə məxsus “Baku Bus “ MMC zərərlə işlədiyini açıqladı

İctimai nəqliyyatda gediş haqqı artırıla bilər. Artıq bunun üçün əsas da hazırlanıb. Söhbət paytaxtın ictimai nəqliyyatında böyük paya sahib “Baku Bus” MMC-nin zərərlə işləməsindən gedir. 24saat.org xatırladır ki, dövlətə məxsus şirkət olan “Baku Bus” MMC 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb.

Şirkətin yaydığı məlumata görə, MMC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 226,143 mln. manat təşkil edib. Şirkətin maliyyə hesabatında bildirilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,7% azdır.

Saytların yığılması Saytlarin yigilmasi

Son bir ildə “Baku Bus”ın cəmi öhdəlikləri 9,8% azalaraq 177,967 mln. manat olub. Şirkətin cəmi kapitalı 0,85% artaraq 48,177 mln. manata çatıb, nizamnamə kapitalı isə 39,8% azalaraq 18,049 mln. manata düşüb.

2016-cı ildə “Baku Bus”un əməliyyat (sərnişindaşıma) gəlirləri 12,629 mln. manat (2015-ci ilə nisbətən 2,9 dəfə çox), əməliyyat (sərnişindaşıma) xərcləri 28,39 mln. manat (82,1% çox), inzibati xərcləri 4,484 mln. manat (64,8% çox), məzənnə fərqindən zərəri 31,862 mln. manat (55% az), maliyyə xərcləri 2,49 mln. manat (36,7% az), mənfəət vergisi ödəmələri isə 40 min manat təşkil edib. Son nəticədə, şirkət ötən ili 54,638 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 42,6% azdır.

“Baku Bus”ın yığılmış zərəri isə 151,57 mln. manata çatıb. Zərərin qarşılanması üçün ötən il dövlətin şirkətə investisiyaları 181,697 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 58,4% çoxdur.

Bu xəbər sosial şəbəkələrdə də ictimai nəqliyyatda gediş haqqının artırılmasına hazırlıq kimi qiymətləndirib.

Ekspertlər də hesab edir ki, gediş haqqının artırılması gündəmdə olan məsələdir. “Hələ benzin 90 qəpik olanda gediş haqqının artırılacağı barədə məlumatlar yayılırdı. Çünki dizelin də bahalaşacağı gözlənilirdi. Lakin narazılığın artdığı bir dövrdə bu qərar bir qədər təxirə salmalı oldu. Ona görə də mümkündür ki, yenidən məsələyə qayıdılsın”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button