2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İctimai birliyinin sədri mühakimə olunur

İyulun 6-da Yasamal rayon məhkəməsində “Bakı Birlik Təşkilatı” ictimai birliyinin sədri, KİM.TV YouTube kanalının aparıcısı Abid Qafarova qarşı xüsusi ittihamı qaydasında şikayətə baxılmasına başlanıb

Saytların yığılması Saytlarin yigilmasi

İyulun 6-da Yasamal rayon məhkəməsində “Bakı Birlik Təşkilatı” ictimai birliyinin sədri, KİM.TV YouTube kanalının aparıcısı Abid Qafarova qarşı xüsusi ittihamı qaydasında şikayətə baxılmasına başlanıb.

Ona qarşı İkinci Qarabağ Müharibəsi veteranlarından ibarət qrup iddia qaldırıb. Onlar böhtan və təhqirlə üzləşdiklərini bildirirlər. Qafarovun verdiyi məlumata görə, əvvəlcə şikayətçilərin sayı 7 nəfər olub, sonradan onlardan dördü şikayətini geri çəkib.

Müdafiə tərəfinə görə, Qafarov internetdəki çıxışında veteranları təhqir etməyib, sadəcə ad çəkmədən öz hüquqları uğurunda mübarizə aparmadıqlarına görə, onları qınayıb.

İyulun 6-da keçirilən prosesdə linqvistik ekspertizanın təyin edilməsi barədə qərar qəbul edilib. Bununla əlaqədar məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb.

Abid Qafarov çıxışlarında müharibə veteranlarına qarşı böhtan (cinayət məcəlləsinin 147-ci maddəsi) və təhqirdə (148-ci maddədə) günahlandırılır.

Qafarov “Tərtər işi”ndə işgəncə və zorlama kimi halların olması iddiası ilə bağlı çıxışları ilə tanınır.

2017-ci ildə açılan və ötən il yenilənən həmin cinayət işində bir çox hərbi qulluqçular dövlətə xəyanətdə günahlandırılıblar. Sonradan həmin işdə təqsirilndirilən bir çox hərbi qulluqçuların işgəncəyə məruz qalmasını Baş prokurorluqdan da bildiriblər.

Buna görə, əlavə həbs edilənlərin də olduğu açıqlanıb. Hazırda yenilənən istintaqın davam etdiyi və zərərçəkənlərin sayının artdığı deyilir.

Amma həmin zaman həlak olan və sonradan bəraət alan ( bəraət almayanlar da var) bəzi hərbi qulluqçuların yaxınları iddia edirlər ki, işgəncələrdə əsas məsuliyyət daşıyanlar cəzadan kənarda qalıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button