2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

İctimai fəal İlkin Rüstəmzadə polisə çağırılıb

24 saat” xəbər verir ki, keçmiş siyasi məhbus, NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü İlkin Rüstəmzadə polis bölməsinə çağırılıb. Onun karantin qaydalarını pozduğu iddia olunur. O özü bu ittihamları rədd edir və polis tərəfindən axtarılmasını siyasi fəaliyyəti ilə əlaqələndirir.

İlkin rüstəmzadənin “facebook” profilindən yazdığından məlum olur ki, polis əməkdaşları onun valideynlərinin yaşadığı evə gələrək axtarış aparıblar. İlkin rüstəmzadə valideynləri ilə bircə yaşamadığından onu tapa bilməyən polislər, atasını bölməyə aparıb. İctimai fəala isə 24-cü polis bölməsinə gəlməsi bildirilib.

Xatırladaq ki, Rüstəmzadə aprelin 7-də, polislərin onu axtarmasından öncə belə bir problemlə üzləşə biləcəyini qeyd edən məlumat paylaşıb. Həmin paylaşımı olduğu kimi təqdim edirik:

Saytların yığılması Saytlarin yigilmasi

“Bir neçə gün əvvəl feyk profillə yazıb özünü xüsusi xidmət orqanlarının zabiti kimi təqdim edən bir nəfər mənə sosial tələblərlə bağlı yaratdığım petisiyanı silməyimi, əks təqdirdə çox iyrənc şeylər edəcəklərini bildirmişdi. Tələbi qəbul etmədim. Dünən axşamdan çox iyrənc təxribata başlayıblar. Bütün qırmızı xətləri keçərək, mənim şəxsi həyatıma alçaqcasına müdaxilə edirlər. Özü də uydurma, dəxlisiz və boş kontentlərlə. Uğrunda azadlıq tələb etdiyim, məni tanımayan yazıq, zavallı insanlar isə məni söymək üçün sıraya durublar.

Heç şübhəm yoxdur ki, bu iyrəncliyin başında, şəxsən İlham Əliyev dayanıb. Mənim üçün ailə qırmızı xətt idi və mən mübaizə apardığım hakimiyyətin heç bir fərdinə qarşı bu xətləri keçməmişdim. Onlar isə keçdilər. Mən isə, dəyərlərimə sadiq qalmaqda davam edəcəm.

Bu cür iyrənc davranış məni yolumdan döndərə bilməz!”

Xatırladaq ki, bir müddət əvvəl Mİlli Şuranın üzvü Tofiq Yaqublu da növbəti dəfə həbs olunub.

Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini karantin rejimindən siyasi rəqiblərini zərərsizləşdirmədə ittiham edib.

24 saat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button