2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İctimai fəal Bəxtiyar Hacıyev işgəncəyə məruz qaldığını bildirib /YENİLƏNİB/ /YENİLƏNİB/

Bakı/09.03.22 Martın 9-da günorta saatlarında saxlanılan ictimai fəal Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsin də 7 saatadək saxlanıldıqdan sonra sərbəst buraxılıb. İctimai fəal Daxili İşlər Nazirliyinin binası qarşısında saxlanılıb.

Polis əməkdaşları fəalın şəxsi avtomobilinə hücum edib, maşının pəncərəsini sındırıb və Hacıyevi zorla maşından endirərək aparıblar.

Baş verənləri Hacıyev özü Facebook səhifəsində canlı rejimdə yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Kadrlarda görünür ki, avtomobilin yan şüşəsindən daxili işlər naziri Vilayət Eyvazovun adı yazılmış mətn asılıb.

Bəxtiyar Hacıyev sərbəst buraxılandan sonra bildirib ki, saxlanılan zaman onunla pis rəftar ediblər. Üz və qulaq nahiyyəsində qançır izlərini nümayiş etdirib.

“Deyirlər bir cavab var, rəhbrəliyin tapşırığı var, sən Bəxtiyar Hacıyevin heç bir şikayəti təmin olunmayacaq, ancaq mənə qarşı olan bütün şikayətlər təmin olunacaq. Mən buna etiraz olaraq avtomobilimin arxa şüşəsinə yazmışam ki, “Vilayət Eyvazov cinayətkarları himayə etməyin”. Avtomobilimi Daxili İşlər Nazirliynin binası qarşısında saxlayan kimi yumruqlayıb şüşəsini qırdılar. Özümü zorla yerə yıxdılar, qolumu qandalladılar. Gətirdilıər Bakı şəhər Baş Polis İdarəsinə, bu idarənin rəisi isə məni özünə layiq olan sözlərlə təhqir etdi,“ fəal qeyd edib.

O bildirib ki, son bir ildə verdiyi heç bir şikayət araşdırılmayıb.

“Video kameraların qarşısında mənə qarşı zorakılıq göstərilib. Ancaq Bakı şəhər Baş Polis İdarəsi deyir ki, rəhbərliyin göstərişi var, şikayətçi sən olduğuna görə araşdırılmayacaq.”

Daxili Işlər Nazirliyinin Mətbuat xidməti bildirib ki, vətəndaş Bəxtiyar Hacıyev şikayəti əsasında aparılan araşdırmaya etiraz edərək bu gün özünə məxsus avtomobillə nazirliyin inzibati binasının qarşısına gəlib.

 

“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar”.

Qeyd olunur ki, Bəxtiyar Hacıyev etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb.

Hacıyev Daxili İşlər Nazirliyinin bu məlumatını əsassız adlandırıb.

“Yalan danışırlar. Mən bildirmişdim ki, Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz edəcəm. Onların guya mənim özümü, oradakı binaları yandıracam deməyimlə bağlı məlumatları tam yalandır. Tofiq Yaqublunu döyüb, sonra Yaqublu özünü döyüb deyən qurumdan hər şey gözləmək olar,” fəal qeyd edib.   

O növbəti addım kimi etirazını davam etdirəcəyini bildirib.

“Çünki şikayət etməyin mənası yoxdur, araşdırılmır. Sabah yenə çağırıblar. Dəfələrlə belə olub. Deyirlər şikayəti araşdıracaqlar, amma nəticəsi yoxdur.”

Hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, bu gün hüquq müdafiəçisi Zaur Əkbərlə birgə Hacıyevin saxlanılması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərovun qəbulunda olub.

“Orada sual etdik ki, Bəxtiyar Hacıyevə qarşı zorakılıq olubmu? Dedilər hər hansı zorakılıq halı olmayıb. Guya Hacıyev orada benzinlə haralarısa yandırmaq istəyib. Əslində bunu absurd kimi qiymətləndiririk. İndi məlum olur ki, Bəxtiyar Hacıyevə qarşı  zorakılıq göstərilib, əmlakına ziyan vurulub. Üz və qulaq nahiyyəsində işgəncə izləri var. Bu vəhşilik və quldurluqdur. Bunları törədənlərə qarşı cinayət işi qaldırlmalıdır,” hüquq müdafiəçisi Rüfət Səfərov qeyd edib.–03â-

 

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button