2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İctimai nəqliyyatdan qazananların gəliri artdı: Hər sərnişindən 10 qəpik

Yayımlandı: 31 Yanvar 2023 19:58

Tarif Şurası hesab edir ki, yeni tarif xidmətin keyfiyyətinin yaxşılaşmasına müxbət təsir edəcək

Fevralın 3-dən metro və avtobuslarda gediş haqqı 0.40 qəpik olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilmiş növbəti iclasında Bakıda ictimai nəqliyyatda gediş haqqının qaldırılmasına qərar verilib.

Bu, 10 qəpik artım deməkdir. Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq qiymət 0,40 – 1 manat təsdiq edilib.

Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik olub).

“Tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək”, – Tarif Şurası bildirib.

Qərar fevralın 3-dən qüvvəyə minir.

Tarif Şurası qeyd edib ki, qiymət daşıyıcı şirkətlərin müraciəti əsasında qaldırılıb.

İqtisadçı Natiq Cəfərli bildirir ki, nəqliyyatda gediş haqqının artırılması gözlənilən idi. Çünki bu gün nəqliyyatın idarəedilməsində pərakəndəlik var:

“Bundan başqa, zaman-zaman dövlətin ayırdığı subsidiyaların bəzi özəl daşıyıcı şirkətlərə çatmadığının şahidi oluruq. Bu yaxınlarda bilindi ki, pandemiya dövründə  280 milyon manat ayrılıb, lakin sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərə bu məbləğdən 1 qəpik belə çatmayıb. Mərkəzləşdirilmiş qaydada idarəetmə olmasa, nəqliyyatda problemlər həllini tapmayacaq”.

İqtisadçı Natiq Cəfərli
Source: Meydan TV

İqtisadçı deyir ki, belə olan halda yeganə çıxış yolunun gedişhaqqının artırılması olduğu fikri yanlışdır. Qiymət differensial olmalıdır:

“Məsələn, günlük, həftəlik, aylıq, yaxud illik abunəliyə keçid imkanı yaradılmalıdır. Günlük və ya birdəfəlik gediş qiyməti qalxa bilər. Lakin müddətli (6 aylıq, 1 illik) bilet üçün ucuz gediş haqqının tətbiq olunmasına ehtiyac var. Ən idealı isə nəqliyyat sisteminin seçilmiş bələdiyyələr tərəfindən idarə olunmasıdır.  “BakuBus” və Metropolitenlə bağlı problem ondan ibarətdir ki, bir sərnişinin daşınmasında maya dəyərinin hesablanması qaydası olmalıdır – bizdə isə dövlət şirkətləri maya dəyərini istədikləri kimi açıqlayırlar”.

Natiq Cəfərli bildirir ki, yanacaq sərfiyyatı, maaşlar, texniki məsələlər standartlar üzrə öz həllini tapmalıdır. Onlar avtobusun alınma xərclərini belə gediş haqqının üzərinə gəlirlər. Bu isə doğru deyil, çünki “BakuBus” avtobusları, Metropoliten də vaqonları dövlət hesabına alınıb.

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, minimum əmək haqqı 15 faiz artırılandan sonra,  pensiyalar hələ indeksləşdirilmədən öncə gediş haqları 33,3 faiz bahalaşdı. Böyük ehtimalla ilk növbədə taksi xidmətləri, bir müddət sonra isə enerji daşıyıcılarının qazın, benzinin və elektrik enerjisinin də tarifləri qaldırılacaq:

“Məlumat üçün qeyd edim ki, 2022-ci ildə neft-qaz sektoruna daxil olan mallar üzrə ixracatdan valyuta gəlirləri 35 milyard 98 milyon  956 min dollar təşkil edib. Bu da 2021-ci ildən 1,8 dəfə çoxdur.  Baxın görün neft-qaz gəlirləri necə ədalətli bölünür, gəlirlərimiz artanda qiymətləri, haqları və tarifləri də qaldırırıq”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button