2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İctimai yerlərdə siqaretə qadağaya az qaldı

Azərbaycanda ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyulur.

Milli Məclisin aprelin 14-də keçirilən plenar iclasında bunu nəzərdə tutan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Qanun layihəsi əhalinin sağlamlığı, uşaqların, gənclərin qorunması, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

İlk oxunuşda məqbul hesab edilən qanun layihəsi bir çox ictimai yerlərdə siqaret çəkilməsinin yasaqlanmasını nəzərdə tutur.

Siqaret çəkilməsinə yasaq gətirilməsi istənilən yerlər sırasına təhsil müəssisələri, idman kompleksləri, ticarət obyektləri, restoranlar, kafelər, otellər, sanatoriyalar, kinoteatrlar, muzeylər, yeraltı və yerüstü keçidlər daxildir.

Bundan əlavə, bütün növ nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında, vağzallarda, aeroportlarda, taksofonlarda, liftlərdə, çoxmənzilli binaların ümumi meydançalarında, çimərliklərdə, mülkiyyət formasından asılı olmayaraq bütün təşkilatların iş yerlərində siqaret çəkmək qadağan edilir.

Qanun layihəsi həmçinin tütün çəkməkdən ötrü xüsusi yerlərin ayrılmasını da nəzərdə tutur.

Layihəyə görə, tütün çəkməkdən ötrü ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verməlidir.

Qanun layihəsinə görə, yasaqları pozanlar mülki, inzibati qaydada məsuliyyət daşıyacaqlar.

Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsi ictimai yerlərdə siqaret çəkilməsinə görə, cəza olaraq cərimə nəzərdə tutur.

Həmin məcəlləyə görə, qanunla qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə, otuz manatdan yüz manatadək cərimələr tətbiq edilir.

İndi isə qanunla siqaret çəkilməsinə yasaq qoyulan yerlərin əhatəsi genişləndirilir.

Qanun layihəsinin Rusiya və Türkiyə təcrübəsindən istifadə edilməklə hazırlandığı bildirilir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button