2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İdarəetmədə gözdənsalma siyasəti

Məhəmməd Talıblı

Azərbaycanda indiki iqtidarın idarəetmə təfəkkürü tamam fərqli meyarlarla formalaşıb. Onlara elə gəlir ki, komanda üzvləri pis işləyirsə, onları bircə dəfə tənqid edib və ya ləkələyib çıxarmaqla özlərini sığortalamış olurlar. Birini çirkaba batırmaqla özünü çirkabdan kənar saxlamış olursan. Amma nəzərə almırlar ki, həmin nöqsan sadəcə idarəetmədəki nəticədir. Həmin nəticəni ortaya çıxaran çoxlu sayda səbəblər vardır ki, onlar vaxtında ortaya çıxarılmalı idi.

Saytların yığılması Saytlarin yigilmasi

Müasir idarəetmə elmi sübut edib ki, mühüm səlahiyyət sahiblərini nə qədər açıq və sərt tənqidlərə qonaq edirsənsə, bu onun işgüzarlığına nəinki yaxşı təsir göstərmir, onları daha çox demotivasiya edir. Vəzifəli şəxslərin işgüzar reputasiyaları zədələnirsə, onlar bundan uzun müddət ayağa qalxa bilmir. Xüsusuilə onlarda məsuliyyət hissi üstündürsə və komandaya çoxlu sayda tellərlə bağlıdırsa, o zaman resputasiyasının bərpası çox çətin və uzun çəkir. Başqa sözlə reputasiyanın zədələnməsi demotivasiya yaradır, motivasiyanı gücləndirmir. Bu baxımdan çoxmilyonlu əhali qarşısında komanda üzvlərinə sərt tənqidi çıxışlar və gözdənsalma tezislər bir komandanı yıpradır.

İDARƏETMƏDƏ BÜTPƏRƏSTLİYİN ZƏRƏRLƏRİ

Bütpərəst sistemlərdə bütün uğurlar bir nəfərin adına yazılır. İndi eyni məntiqlə də gərək bütün uğursuzluqlar da həmin şəxsin adı ila assosasiya olunsun. Onda həmin komanda da təmsil olunanların tövhəsi nədən ibarət imiş ziddiyyəti meydana çıxmış olur.
İdarəetmənin keyfiyyətini daha yaxşı bəlkə də rəssamlar ifadə edir. Necə ki, göz gördüklərinin şəklini çəkərək beynimizə ötürür. Dövlət də özünün idarəetmə keyfiyyətinin nəticəsində formalaşdırdığı xalqın şəklini çəkərək cəmiyyətin yaddaşına ötürür. Əslində idarəedənlər bununla da xalqa “bu sənsən” mesajın verir. Əslində bu cür zövqsüz təsvir xalqa iftira atmaq kimi bir şeydir. Halbuki, belə bir situasiya bir iqtidarın cəmiyyət üzvlərinin ən zəiflərindən komanda yaratması ilə bağlıdır.

Vaxtı ilə Alman psixoanalitiki Ziqmund Freyd deyirdi ki, cəmiyyət özünün idarəçiliyini bir xilasedici şəxsə etibar etdikcə, o heç zaman təkamül yolu keçə bilməzlər. O, ümidlərini bir sehrli bir çubuğa bağladıqca sabahı yaxşı olmayacaq. Onu yönəldən gəldi-gedər şəxslər və müvəqqəti insanlar yox, məhz yetkin və bacarıqlı komandalar irəli apara bilərlər. Məhz buna görə biz də XXI əsrin idarəetmə ilə bağlı əsas dərslərini özümüz üçün qəbul etməliyik: davamlı uğurlar hətta bir dahiyanə şəxsdən yox, vahid orqanizmi təşkil edən komandanın bütöv gücündən asılı olur!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button