2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İddia: Rusiyadakı 'Samsunq' zavodu Ermənistan… vasitəsilə işləyəcək

Rusiya zavodlarında elektronika istehsalını davam etdirən xarici istehlakçılar onu Avrasiya İqtisadi Birliyi ölkələrinə (Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan) göndərməyi, sonra isə paralel idxal yoluyla Rusiyada satmağı düşünürlər. Nəticədə istehsalçı rəsmən Rusiya bazarına tədarükdən imtina olunduğunu bəyan edə və beləliklə, təkrar sanksiyalar riskindən qismən yayına bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda “Kommersant”a hökumətə yaxın mənbə bildirib.

Qəzetin məlumatına görə, Cənubi Koreyanın Kaluqa vilayətindəki zavodda televizorlar və digər texnika buraxan “Samsunq” şirkəti artıq bu cür işləməyə başlayıb.

“Candy-Hoover Group”un Rusiya nümayəndəliyinin başçısı Qleb Mişin “Samsung”un Rusiya zavodunun çalışdığını təsdiqləyib. O əlavə edib ki, “amma hansı komponentlərlə məlum deyil, Cənubi Koreya şirkəti hazırda rəsmən ehtiyat hissələri gətirmir”.

Onun sözlərinə görə, Rusiyadakı televizor ehtiyatlarını “Samsung” Müstəqil Dövlətlər Birliyi ölkələrinə satır, amma texnikanın paralel idxal yoluyla qaytarılıb-qaytarılmadığını bilmir.

Qəzetin mənbəsinin deməsinə görə, xarici biznes üçün belə sxem yerli müəssisələri satmaqdan daha yaxşıdır. Bununla belə, şirkətlərin Rusiyada zavodlarını satma halları artmaqdadır.

İddialara, hələlik, “Samsunq” şirkəti münasibət bildirməyib.

Ekspertlər isə deyirlər ki, sxem problemin yalnız bir qismini həll edəcək, çünki Rusiyaya gətirmək üçün komplekt hissələrinin oxşarını tapmaq lazım gələcək.

“Xarici komplekt hissələrinin Rusiyaya tədarükü məsələsi paralel idxalın qanuniləşdirilməsinə baxmayaraq, açıq qalır. Ona görə də fəaliyyətlərini sürdürən şirkətlər gec-tez qərar verməli olacaqlar-Rusiyada istehsal qalır-qalmır, qalırsa, hansı formada”, – deyə “Kommersant”ın müsahibləri bildirirlər.

2002-ci ilin iyununda Rusiya hakimiyyəti paralel idxalı leqallaşdırıb. Rusiya Ukraynada müharibə başlanandan sonra (2022-ci fevralın 24-ü) sanksiyalarla əlaqədar ölkə ərazisində satışı qadağan olunan malları üçüncü ölkələr vasitəsilə gətirə bilər. Mövcud Rusiya qanunvericiliyi bu ölkə şirkətlərinə istehsalçının razılığı olmadan mal gətirmək və satmaq icazəsi verir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button