2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İdeya generatoru izolyasiyada qalmamalıdır

İqtisadi Təhlil İnstitunun sədri Məhəmməd Talıblı

Pandemiyanın cəmiyyətdə mənfi təsirləri başlayar-başlamaz bununla bağlı iqtisadi xətti qurumların etməli olduqları detalları yazdıq. Amma çox şükür ki, Azərbaycan siyasətində elə insanlar var ki, onların iqtisadi təfəkkürləri reallıqları və rəqəmlərin “dilini” tam dərk etməyə və təfsilatı ilə ifadə etməyə imkan verir. Əli Kərimli iti zehnli bir siyasətçi olaraq ilk gündən kreditlərin vətəndaşlar üzərində istismarçı yükünun aradan qaldırılması ilə bağlı təkliflər verdi. Evində oturmağa məhkum edilmiş vətəndaşlara 300 manat həcmində maddi təminatın verilməsinin vacibliyini təkrar-təkrar söylədi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlləri əsə-əsə 190 manatlıq məhdud bir dairə cızdı. İctimai ehtiyacların doğru hesablanmadığı məlum olandan sonra həmin yardımı alanların sayı 200 mindən 600 minə qaldıldı. Bu ilkin, eyni zamanda simvolik jest idi.

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün isə Mərkəzi Bank vətəndaşların, biznes qurumlarının kredit öhdəliklərinin ertələnməsi (restrukrizasiyası) ilə bağlı qərar qəbul etdi. Yəni bundan sonra istehlak və biznes kreditlərində 30 sentyabradək gecikmədə cərimə əlavə faiz tutulmayacaq. Düzdür bu güzəştlər müştərilər üçün kreditlərin bir neçə ay ertələnməsi mənasına gəlmir. Amma guya nəsə edildi mənası verilməsi üçün monetar addım atıldı. Əli Kərimli hələ 1 ay bundan öncə də deyirdi ki, xarici borcu bizdən çox olan qonşu Gürcüstan kreditlərlə bağlı bunu edirsə, Azərbaycan hökuməti də etməlidir. İndi həm məhdudlaşdırıcı maddi yardım dəstəyi də etdiniz, həm də bankların vətəndaşlara etməli olduğu borclarla da müəyyən qərar verdiniz. Bu isə ikinci təklifin də həyata vəsiqə alması mənasına yaxındır.

İndi gəlin düşünək, uzaqgörən və ictimai ehtiyacları daha dəqiq bilən kimdir? Dövlət resursları hesabına bəslənən iqtisadi xətti qurumlar, yoxsa onların əvəzindən düşünən və danışan Əli Kərimli? Deməli internetinizin olub-olmaması sizin ideyalar istehsal edib-etməyəcəyiniz şərtləndirmir. Əgər həmin şəxs düşüncə insanıdırsa, onda bunu heç etmək olmaz.
İdeya generatoru izolyasiyada qala bilməz və qalmamalıdır!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button