2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İdman federasiyaları öhdəliyi pozarsa, maliyyə kəsiləcək

Qanuna dəyişikliklər Milli Məclisin 13 iyun iclasının gündəliyinə daxil edilib

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda idman federasiyalarına yeni hüquq və vəzifə verilir.

Bununla bağlı “Bədən tərbiyəsi və idman haqqında” qanunun 11-ci maddəsinə (Respublika idman federasiyalarının hüquqları və vəzifələri) 11.2.9-cu və 11.2-1-ci bəndlərin əlavə edilməsi təklif edilir. 11.2.9-cu bəndə əsasən, idman federasiyaları “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna və milli antidopinq qrumunun qaydalarına uyğun olaraq idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etməlidir.

Bu barədə  Trend.az məlumat yayıb.

Qanunun 11.2-1-ci bəndə əsasən isə respublika idman federasiyaları tərəfindən bu qanunun 11.2.9-cu maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi pozuntu hesab edilir və dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin həmin tələblər yerinə yetirilənə qədər kəsilməsinə səbəb olur.

Dəyişikliklər Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar plenar iclasının gündəliyinə daxil edilib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button