2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İdmançının qətli: “Evdə həyat yoldaşı və uşaqları ola-ola məni də evinə aparırdı…”

Yayımlandı: 25 Yanvar 2023 12:12

Nurani Qalabəylinin atası isə gəlinindən şikayətçi olmadığını bildirib

“Sərhədçi” İdman Olimpiya Mərkəzində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylini qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəyli ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu proses şahidlərin dindirilməsi mərhələsidir.

Hadisə sentyabrın 2-də Əhmədli qəsəbəsində Qalabəylilərin yaşadığı mənzildə baş verib.

1987-ci il təvəllüdlü Əfsanə Qalabəyli deyir ki, uzun müddət davam edən psixoloji və fiziki işgəncələrdən bezərək həyat yoldaşını qətlə yetirib.

Təqsirləndirilən qadının sözlərinə görə, həyat yoldaşı illərlə ona əzab verib:

“Məni döyür, təhqir edirdi. Evə pozğun qadınlar gətirirdi. Məndən tələb edirdi ki, gətirdiyi qadınlar üçün yemək hazırlayım, süfrə düzəldim. Onları gətirirdi, məni, uşaqları bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə döyürdü, söyürdü…”.

49 yaşlı Nurani və ondan 13 yaş kiçik olan Əfsanə Qalabəylilərin birgə nikahdan 3 oğlu və 1 qızı olub.

Budəfəki məhkəmə iclasında dindirilən 49 yaşlı qadın şahid (ad-soyadını etik səbəblərdən yazmırıq-red.) bildirib ki, Nurani Qalabəyli ilə üç il ərzində görüşüb, elə onun yaşadığı evdə münasibətdə olub, həm də evdə Nurani Qalabəylinin həyat yoldaşı, dörd övladı olduğu halda:

“Mən kafedə işləyirdim, bir müddət sonra onunla münasibətimiz yarandı. Təklif elədi ki, yaşadığı evə gedək, istəmədim. Dedi ki, narahat olmayım, problem yaranmayacaq. Evə zəng elədi, yanımda həyat yoldaşıyla danışdı. Gedirdim, həyat yoldaşı gətirib qarşıma çay qoyurdu, mənim üçün yataq düzəldirdi…”

Şahid deyir ki, özü də Nurani Qalabəylinin şiddətinə məruz qalıb, onun tərəfindən döyülüb, təhqir olunub, hədələnib.

“Telefonlarına cavab verməyəndə evimizə gəlirdi. Mesaj yazırdı ki, evinizin qapısındayam. Məni çox incidirdi. Deyirdi ki, qohumlarına mənimlə münasibətdə olduğunu xəbər verəcəyəm, səni biabır edəcəyəm. Məni ərimlə, oğlumla şantaj eləyirdi”, – şahidin sözləridir.

Dindirilən şahid qadın özü də onunla görüşəndə ailəli olub.

Hakimlərin və prokurorun suallarını cavablandıranda məlum olub ki, Qalabəylilərin yaşadığı evdə gecələyəndə ərini aldadıb gedirmiş: “Ərimə deyirdim ki, bu gecə qardaşımgildə qalıram…”

Əfsanə Qalabəyli bu şahidi “düşmənim” adlandırıb.

Onun sözlərinə görə, bu qadın özüylə yanaşı, bacısı qızını da Nurani Qalabəylinin yanına gətirib, növbəti dəfə gətirməmədiyinə görə döyülüb.

Məhkəmədə Qalabəylilərin kirayə qaldığı evin qonşuluğunda yaşayan Ulduz Əliyeva da ifadə verib.

O, Əfsanə Qalabəylini “üzüyola, ərindən çox qorxan, kimsəni incitməyən” biri kimi xarakterizə edib.

Əfsanə Qalabəyli məhkəmədə ifadəsində bildirib ki, ərinə uşaqlarının böyüdüyünü deyib, bu cür hərəkətlərinə son qoymasını istəyib. Lakin əvəzində növbəti dəfə təhqirlər eşidib, döyülüb. Onun bu cür hərəkətlərindən bezərək onu qətlə yetirib.

Əfsanə Qalabəylinin həyat yoldaşının hərəkətləri haqda dediklərini 13 yaşlı oğlu da məhkəmə ifadəsində təsdiqləyib.

Zərərçəkmişin hüquqi varisi qismində tanınan Nurani Qalabəylinin atası isə məhkəməyə müraciətində gəlinindən şikayətçi olmadığını və məhkəməyə gəlmək istəmədiyini bildirib.

Əfsanə Qalabəyli Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.

Bu maddədə 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button