2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İdxal-ixrac əməliyyatları şəffaflıqla idarə olunmur

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında Azərbaycanın idxal əməliyyatlarının həcminin 430 milyon dollar azaldığını bildirib. Komitə sədrinə görə, idxalın həcmi 2017-ci ilin dörd ayında bu həddə azalıb. Ümimi nəticə kimi, bu ilin yanvar-aprel aylarında idxalın 16,6 faiz azalaraq 2 milyard 164 milyon dollara düşdüyü bildirilir.
Ölkənin idxal və ixracla bağlı statistikası hər zaman ziddiyyətli olub. Rəsmi qurum təmsilçiləri vaxtaşırı açıqlamalarında ölkəyə idxalın azalmasını şərtləndirən bir sıra məqamları əsas gətiriblər. Bunlardan biri kimi, idxala qarşılıq, ölkənin ixrac imkanlarının artması barədə səsləndirilən arqumeni misal göstərmək olar. Yəni qeyri-neft sektorunun inkişafı, bu sahədə olan dirçəliş idxaldan asılılığı azaldır. Fəqət idxalın azalmasını şərtləndirən əsas amil, insan faktoru demək olar ki, yada düşmür. Ölkə əhalisinin alıcılıq qabiliyyətinin kəskin surətdə aşağı düşməsi, sosial-iqtisadi həyat tərzinin ağırlığı idxalın azalmasına təsir edən əsas faktorlardandır. Xarici bazarlar yerli sahibkarlar üçün əlçatan olmadığından, ixrac potensialı da getdikcə aşağı düşür. Həmçinin, xaricə investisiya yatırımına əlverişli imkanların azlığı da ixrac-idxal əməliyyatlarına təsir göstərir. Bütün bunların müqabilində sözügedən əməliyyatların artıb-azalması barədə dəqiq və birmənalı fikir söyləmək qeyri-mümkündür. Hazırda Azərbaycanın iqtisadi imkanlarından bolluca danışmaq mümkünsüzdür. Çünki iqtisadi dinamiklik, işgüzar aktivlik aşağı düşüb, hər baxımdan əhalinin iqtisadi imkanları tükənib. Xırda və orta sahibkarlıq subyektlərinə olan təzyiqlər, idxal-ixrac əməliyyatı zamanı gömrükdə baş verən özbaşınalıqlar prosesə mənfi təsirini göstərməkdədir. Sahibkarlıq sektoruna olan qayğıdan nə qədər söhbət getsə də, bu sahədə vəziyyət heç də müsbət deyil. Fərdi sahibkarlar öz məhsullarını rahat şəkildə xaricə sata və ya idxal edə bilmir. Bu sahədə olan güclü monopoliya xarici ticarət dövriyyəsinin həcminin azalmasında da özünü göstərir. İdxalda və ixracda baş verən dalğalanmalar isə qeyri sektorların inkişafı barədə pozitiv proqnozları heçə endirir.

Sosial şöbə

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button