2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“İdxal-ixracla bağlı əməliyyatlar “ASAN xidmət” vasitəsi ilə aparılmalıdır”

 

Vüqar Bayramov: “Gömrük sahəsindəki islahatların genişləndirilməsinə ehtiyac var”

“İdxal-ixracla bağlı əməliyyatlar “ASAN” xidmət vasitəsi ilə aparılmalıdır və bu baş verərsə, məlum sahədə vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu 24saat.org-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov bildirib. Ekspertin sözlərinə görə, gömrük sahəsində islahatların genişləndirilməsi də məqsədəuyğun olardı:

“Xarici ticarət dövriyyəsinin artırılması, idxal-ixrac əməliyyatlarının daha çevik və sadələşdirilmiş şəkildə həyata keçriilməsini təmin etmək üçün prosesin “ASAN xidmət” vasitəsi ilə aparılması məqsədəuyğun olardı. Bununla yanaşı, gömrük sahəsində də islahatların genişləndirilməsinə ehtiyac var. Doğrudur, bu ilin 1 yanvar tarixindən etibarən məlum sahədə bəzi islahatlar aparıldı. Lakin mövcud vəziyyətin təhlili göstərir ki, bu sahədə islahatların genişləndirilməsi zərurəti mövcuddur. Əgər bütün bunlar reallaşarsa, o zaman biznes əməliyaytlarının daha əlverişli ortamda gerçəkləşməsi təmin olunar”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button