2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

III Respublika Platforması Prezident seçkilərində iştirak etməyəcək

III Respublika Platforması növbədənkənar seçkilərdə prezidentliyə namizəd irəli sürməyəcək və həmin seçkilərdə hər hansı prezidentliyə namizədi dəstəkləməyəcək.

Toplum TV xəbər verir ki, bu barədə təşkilatın dekabrın 26-da yaydığı açıqlamada bildirilib. 

Platforma seçkilərdə iştirak edə bilməməsini zəruri kadr potensialına və maliyyə resurslarına malik olmamasıyla əlaqələndirib. 

Saytların yığılması Saytlarin yigilmasi

Bununla yanaşı, təşkilat mövcud prezidentliyə namizədləri siyasi dəyişikliyi təşviq edə biləcək şəxslər hesab etmədiyini, buna görə onları da dəstəkləmədiyini açıqlayıb.

Açıqlamada həmçinin qeyd olunub ki, hazırda Azərbaycanda vətəndaşların seçki təsisatına etimadı yoxdur. 

Bununla belə təşkilat vətəndaşları seçkilərdə aktiv iştiraka səsləyib: 

“Platformamız seçki vərdişinin qorunması məqsədilə səsvermədə iştirakı vacib saymaqla bərabər, verilən səslərin heç bir halda hazırkı hökumətin maraqlarına xidmət etməməsi məsələsində prinsipial mövqeyə sahibdir. Buna görə Platformamız vətəndaşlara çağırış edir ki, səsvermədə iştirak edərkən hazırkı hökumətin namizədlərinin heç birinin lehinə səs verməsinlər: Biz seçki vərdişinin davamlılığını dəstəkləyirik; hazırkı hökumətin davamlılığının qorunmasına qarşıyıq! Buna görə də Platformamız vətəndaşlarımızı səsvermədə iştirak edərək seçki vərdişinin davamlılığının qorunmasına və bütün hökumət namizədlərinin əleyhinə səs verərək öz fərdi etirazlarını seçki bülletenində əks etdirmələrinə səsləyirik”.

Təşkilat həmçinin seçki dövrü daxil olmaqla passiv dayanmayacağını bildirib. 

“Platformamız öz alternativ gündəliyini həm seçki dövrü və həm də seçkidən sonra aktiv təşviq edəcək. Bu məqsədlə vətəndaşlarımızı ölkəmizin gələcəyinə dair bugünlərdə ictimailəşdirdiyimiz konseptual sənədlərin və yaxın dövrdə açıqlayacağımız fəaliyyət planı, eləcə də bu çərçivədə görəcəyimiz işlər və təqdim edəcəyimiz növbəti sənədlərin müzakirəsində fəal iştirak etməyə dəvət edirik”, – açıqlamada vurğulanıb. 
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button