Dünya
İki bayramda iki böyük ağrı yaşayan Fatma Şahindən duyğu paylaşımı: Bayramlar yetim, yetim qaldı
Gaziantep Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahinin atası Mustafa Kıymik müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Dünən atasının ölüm xəbərini “Rəbbim onu anamla cənnətdə qovuşdursun” paylaşımı ilə açıqlayan Fatma Şahin bu gün uşaq ikən çəkdirdikləri ailə fotosunu paylaşaraq duyğusal qeyd edib.
Ramazan ayında anasını itirdiyini bildirən Şahin, “Fitr bayramında anamı, bu Qurban bayramında atamı itirdim. Bayramlar mənim üçün yetim qaldı” dedi.