Loading...
Loading...
SEÇMƏ

İki dini inanclı şəxs saxlanılıb

Yayımlandı: 20 İyul 2022 21:26

“İnsanları əqidələrini yaşadıqlarına görə həbs etmək hüquqi dövlət anlayışına ziddir”

Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov və dini mövzuda musiqilər bəstələyən Vüqar Rəsulun saxlandığı bildirilir. Bu barədə Meydan TV-yə Müsəlman Birliyi Hərəkatından məlumat verilib.

Məlumatda deyilir ki, Mahir Əzimov iyulun 20-də işlədiyi mağazada mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

“Mağazaya qəfildən bir neçə mülki geyimli şəxs daxil olub. Onlar Mahir Əzimova qarşı zor tətbir ediblər. Niyə saxlanması, hara aparılması haqda heç nə demədən, zorla maşına mindirib aparıblar”, – təşkilatdan bildirilib.

Müsəlman Birliyi Hərəkatının keçmiş sədr müavini Elçin Qasımov hər iki inanclı fəalla bağlı baş verənlərə münasibət bildirib:

“İnsanları əqidələrini yaşadıqlarına görə həbs etmək hüquqi dövlət anlayışına ziddir. Mahir Əzimov və Vüqar Rəsulu həbs etməklə hakimiyyət inanclılara qarşı dözülməz nifrətini biruzə verir. Yenə də xatırladırıq, həbs etmək çıxış yolu deyil”.

Daxili İşlər Nazirliyindən adları çəkilən inanclı fəalların saxlanma səbəbləri, yeri barədə məlumat almaq mümkün olmayıb.

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir. Onlar dövlət çevrilişinə cəhd, terrorçuluq, qanunsuz silah saxlama kimi ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilib.

Lakin Taleh Bağırzadə ittihamların saxta olduğunu, hökumətin siyasətini tənqid etdiklərinə görə cəzalandırıldıqlarını bəyan edib.

Meydan TV

Gözdən qaçırmayın:  “The Chainsmokers” kosmosda çıxış edən ilk qrup olacaq

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button