2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İki hərbçi xəsarət alıb 

Azərbaycanın itkin düşən hərbi qulluqçularının axtarışı zamanı baş verən mina partlayışında iki hərbçi xəsarət alıb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, itkin düşən hərbi qulluqçuların Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı qarşı tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu xəsarət alıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Həyatları üçün təhlükə yoxdur.Faktla bağlı araşdırma aparılır”

Bir neçə gün öncə də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat verərək vurğulamışdı ki, Ermənistan tərəfi işğaldan azad edilən ərazilərdə basdırılan minaların xəritəsini onlara təqdim etmir.

Həmin bəyanatda qeyd edilirdi ki, 9 noyabr üçtərəfli sazişindən sonra mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub:

“Eyni zamanda, digər insanları qorumağa çalışan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) cəsur əməkdaşları da daxil olmaqla, 85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb.”

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan, Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu döyüşlər nəticəsində Azərbaycan tərəfdən 2900-ə yaxın hərbi qulluqçunun, həlak olduğu 20-dən çoxunun isə itkin düşmüş hesab edildiyi bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “İki hərbçi xəsarət alıb ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button