2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

İki idmançımızın olimpiya lisenziyası ləğv edildi

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Tbilisidə baş tutan toplantısında bir sıra mühüm qərarlar qəbul olunub.

Apasport.az saytının xəbərinə görə, qurumun dünən keçirilən iclasında xüsusilə son günlər yaşanan dopinq qalmaqalları müzakirə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Yasaqlı maddələrin istifadəsinə qarşı hər zaman güzəştsiz mövqe tutan IWF bu dəfə də qanunsuzluğa yol vermiş ölkələr haqqında müəyyən cəza tədbirləri görüb.

Azərbaycanın da arasında olduğu bir sıra ölkələrin bu idman növü üzrə Rio Olimpiadasına lisenziyaları ləğv edilib.

Qurum ağırlıqqaldırma üzrə Azərbaycan millisinin 2 (bir qadın, bir kişi) lisenziyasını ləğv etməyə qərar verib.

Buna səbəb ağırlıqqaldıranlar- Elxan Əliquluzadə, Silvia Angelova, Firudin Quliyev, Valentin Hristov, Dadaş Dadaşbəyli və İntiqam Zairovun orqanizmində istifadəsi qadağan preparat aşkarlanmasıdır.

Azərbaycan məhz bu idmançıların hesabına ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında 16-cı yeri tutaraq, Rioya 4 lisenziya əldə etmişdi. Lakin artıq Beynəlxalq Ağırlıqqaldırma Federasiyası dopinq testdən keçə bilmədiklərinə görə həmin 6 atletin nəticəsini rəsmən ləğv edib.

Əliquluzadə, Angelova, Quliyev, Hristov və Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button