2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

İki illik “24 Saat”

24saat.org saytının fəaliyyətindən iki il ötür.

Məhdud maliyyə imkanları, işçi bazası və texniki resurslarla yaradılan 24saat.org saytı adını qısa müddət ərzində populyarlıq qazanıb. Bu populyarlıq həm də 24saat.org-un Azərbaycanda girişinin məhdudlaşdırılması ilə nəticələnib. 24saat.org-da tənqidi materialların üstünlük təşkil etməsi ilk baxşda saytın müxalifyönlü olması təssürat yaradır. Lakin 24saat.org heç bir siyasi düşrgəni təmsil etmir və siyasi maraqların xidmətçisi olmaq kimi niyyəti yoxdur. Əksinə, 24saat.org istər iqtidar, istərsə də müxalifət düşərgəsini eyni dərəcədə obyektiv şəkildə tənqid etməklə yanaşı, tərəflərin müsbət addımlarını da ictimailəşdirir. Hətta saytın bloklanması belə, 24saat.org saytının birtərəfli qaydada fəaliyyət göstərməsinə səbəb ola bilməyib.

Saytın rəhbrəliyi və azsaylı kollektivi istənilən halda tərəfsizliyin qorunmasını zəruri hesab edir. Basqılara baxmayaraq yenə də 24saat.org istər iqtidar, istərsə də müxalifətin üzünə açıqdır.

24saat.org saytı xəbərçilik baxımından manipulyasiyaya yol verməyərək, xəbərə xəyanət etməmək prinsipini əsas turaraq cəmiyyətə ölkədə baş verən iqtisadi-siyasi, sosial-mədəni hadisələr barədə doğru-dürüst məlumat yaymaqla uzun illərdir ki, təbəqləşmiş media sahəsinə yeni nəfəs verməyə çalışır. Bu siyasətin davam etdirilməsi üçün kollektiv gərgin əmək sərf edir.
24saat.org saytı eyni zamanda media sahəsindəki qruplaşmalardan da uzaq durmağı qarşısına məqsəd qoyub. Çünki saytın yaradılmasında əsas qayə mediaya siyasi rəqabətdə silah kimi yanaşılmasının doğru olmadığını və bu tendensiyanın bütövlükdə dövlətin informasiya siyasətinə ciddi zərbə olacağı, müstəqil medianın ictimai rəyə təsirinin daha güclü olduğunu nümayiş etdirməkdir.

Saytların yığılması Saytlarin yigilmasi

Ümid edirik ki, 24saat.org nümunəsi mediada daha geniş vüsət alacaq və nəhayət Azərbaycan mətbuatı siyasi maraqlara deyil cəmiyyətə xidmət etmək yolunu tutacaq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button