2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İki jurnalist saxlanıb [video]

İki müstəqil jurnalistin Dövlət Sərhəd Xidmətinin qarşısından saxlanılaraq polis bölməsinə aparıldığı bildirilir.

Hadisə bu gün, mayın 30-u saat 19:00 radələrində baş verib. Jurnalistlər Gürcüstandan Azərbaycana gətirildiyi bildirilən jurnalist Əfqan Muxtarlının işindən xəbər öyrənməkdən ötrü Dövlət Sərhəd Xidmətinin (DSX) qarşısına toplaşıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Özünü təqdim etməyən polis əməkdaşları müstəqil jurnalistlər Sevinc Vaqifqızı Məsud Əsgəri izahat vermədən saxlayıblar.

Hər iki jurnalistin 39-cu polis bölməsinə aparıldığı güman edilir. Hazırda onların telefonları cavab vermir.

Bölmədən jurnalistlərin saxlanması ilə bağlı hər hansı bilgi verilməyib.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı bu gün, mayın 30-u Azərbaycana gətirilib.

Vəkillərinin bildirdiyinə görə, Ə.Muxtarlı hazırda Dövlət Sərhəd Xidmətinin binasında saxlanılır. Onun nədə ittiham edildiyi, hələ ki, açıqlanmayıb.