2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İki məxfi iclasın hekayəsi

“Paşa Bank”da və Prezident Aparatında nəyi müzakirə ediblər?

Deyəsən dünya bazarında neftin ucuzlaşması ilə yaranan böhran təlatümü Bakıya hamıdan tez çatıb. İki gündür valyutadəyişmə məntəqələrinin qarşısında böyük növbələr müşahidə olunur. Adamların çoxu növbəyə dollar almaq üçün dayandıqlarını bildirirlər. Bankların bir çoxu isə, ümumiyyətlə, dollar satmaqdan imtina edir və bunu dollar çatışmazlığı bəhanəsi ilə izah edir. Əlbəttə, neftin birdən-birə kəskin şəkildə ucuzlaşması qlobal problemdir və onun təsiri kimsədən yan ötməyəcək. Amma belə böhranlarda Azərbaycandakına bənzər korrupsioner hakimiyyətlərin itirəcəyi bir şey yox. Xalqın, ölkənin itirəcəkləri müqabilində onlar ancaq varlanırlar. Xatırlayırsınızsa, ölkədə ilk devalvasiyadan sonra “Paşa Bank”ın rəsmisi bank kapitalının dəfələrlə artdığını və devalvasiyanın onlara böyük qazanc gətirdiyini açıqlamışdı. Hazırkı böhrandan da, şübhəsiz, Əliyevlər ailəsinin cibi ancaq şişəcək. Ortada zülm çəkən, bahalaşma və ya işsizlik girdabına yuvarlanan yenə biçarə xalq olacaq. Ölkə insanı haqlı olaraq “onsuz da neftin nə bahasından, nə ucuzundan bir xeyir görmədik” deyir. Amma ölkədə öz oğurluqlarından yaranan boşluqları belə xalqın hesabına dolduran bir hakimiyyət var. Budəfəki daha real bəhanədir. “Ellə gələn qara gün toy-bayramdır” deyib bütün əyər-əskiklərini yenə xalqın canından çıxarmazlarmı?

Saytların yığılması Saytlarin yigilmasi

Hakimiyyət dairələrindən verilən xəbərə görə, Əliyevlər artıq “qara günə” xüsusi hazırlıq görməyə başlayıblar. Yaxın günlərdə yaranan vəziyyətlə bağlı yuxarıların iştirakı ilə iki məxfi iclas keçirilib. İclaslardan biri “Paşa Bank”da, o biri isə Prezident Aparatında olub. Aldığımız xəbərə görə, əvvəlki illərdə olduğu kimi, yenə “devalvasiyadan qazanc götürmə fürsətinə hazırlıq” görülür. Xanım Əliyevanın bankında müzakirələr də elə təxminən bu məsələ ətrafında olub. Yaxınlaşan böhranla bağlı dolların kursunun artacağını proqnozlaşdıran iqtisadçı ekspertlərin rəyləri dinlənildikdən sonra ölkədəki bütün dollar ehtiyatlarının “Paşa Bank”a axıdılması haqqında qərar qəbul edilib. İkinci məsələ də devalvasiyanın təxminən nə zaman baş verəcəyi və ya açıqlanacağı ilə bağlı olub. Şübhəsiz, indi hakimiyyəti ən çox narahat edən məsələ budur: növbəti devalvasiya hansı vaxtda, hansı şərtlərdə elan olunmalıdır ki, ölkə iqtisadiyyatı və ölkə insanı şoka düşməsin? Amma Əliyev rejimi ya ölkə iqtisadiyyatını çoxdan şoka saldığının fərqində deyil, ya da bunu etiraf etməkdən boyun qaçırır. Avropaya neft satan ölkənin dövlət şirkəti 11 milyard dollar borc içində batırsa, gerisini özünüz düşünün. Hələ bir də ölkə iqtisadiyyatı tam şəkildə neftdən asılıdır. İllərdir neft milyardlarından şirniklənən hakimiyyətin başı talana elə qarışıb ki, qeyri-neft sektoruna sərmayə qoyub ölkənin hərtərəfli inkişaf etdirmək yada da düşməyib. Son illər ölkənin tələb-təklif meyarı nəzərə alınmadan əl atdıqları işlər də uğursuzluğa düçar olub. Xalçaçılığın, pambıqçılığın, fındıqçılığın inkişafı ilə bağlı planlarının iflasa uğraması buna əyani sübutdur.

Sözün qısası, neftin ucuzlaşması hamı kimi hakimiyyəti də möhkəm həyəcanlandırıb. Amma görünən odur ki, adamlar xalqın, ölkənin dərdində deyil, öz banklarının kapitalını artırmaq dərdindədir. Qlobal iqtisadi böhranla qapımıza yaxınlaşan devalvasiya, şübhəsiz, Azərbaycan insanına daha ağır başa gələ bilər. Çünki hakimiyyətin belə fövqəladə durumlarla bağlı nə bir proqramı var, nə də planı.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button