2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İki nüvə gücü müharibənin BİR ADDIMLIĞINDA – 20 hərbçi öldü

Pakistan və Hindistan sərhədində gərginlik müharibə həddinə yaxınlaşıb.

 
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, iki ölkə hərbçiləri arasında atışma nəticəsində ən azı 20 nəfər həlak olub.

 
İki ölkə arasında münasibətlər sentyabrın 29-da Kəşmirdə nəzarət xəttində baş verən hadisədən sonra gərginləşib. Həmin vaxt Hindistan bildirib ki, Pakistan ərazisindəki terrorçuların bazalarına nöqtə zərbələri endirib və anti-terror əməliyyatı həyata keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

 
Pakistan isə adi sərhəd atışmasının baş verdiyini və iki hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. Hadisə Kəşmirdə Hindistan hərbi hissəsinə döyüşçülərin hücumundan 10 gün sonra baş verib. Hücumda 19 əsgər həlak olmuşdu.

 
Sentyabrın 30-da isə Pakistanın müdafiə naziri Xavaca Asif Hindistan hakimiyyətinə xəbərdarlıq edib. “İki dövlət arasında hərbi konflikt başlasa, Pakistan ordusu nüvə silahına əl atacaq. Pakistan ordusu Hindistanı məhv edəcək. Pakistan ordusu Hindistan tərəfdən atılacaq istənilən addıma cavab verməyə hazırdır”, – deyə Asif bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button