Xəbərlər

İki uşağını dördüncü mərtəbədən atmaqda suçlanan ana hakim önündə

Bakıda iki azyaşlı övladı ilə birlikdə özünü yaşadıqları binanın dördüncü mərtəbəsindən atmaqda suçlanan Nigar Cəfərova hakim önünə çıxarılıb. Ana iki azyaşlı övladını öldürməyə cəhddə ittiham olunur.

30-yaşlı Cəfərova həbsdədir. Onun intihar cəhdinin fəsadları hələ də qalır. Mayın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına da əl ağacının köməyi ilə gətirilmişdi.

Cinayət işinin materiallarında iddia olunur ki, Cəfərova dekabrın 20-də əvvəlcə bir-birinin ardınca uşaqları atıb, daha sonra özünü atıb. Onların üçünün də həyatını xilas etmək mümkün olub.

Cəfərovaya qarşı CM-in 29,120.2.7i (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29,120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Hadisəni xatırlamadığını deyir

Təqsirləndirilən ana deyir ki, hadisənin necə baş verdiyini xatırlamır. Onun sözlərinə görə, həyat yoldaşı ilə vaxtilə eyni qrupda ali təhsil alıblar. Sualların əksəriyyətinə “xatırlamıram” cavabını verən Cəfərova yaddaşının pozulduğunu bildirib: “Onu bilirəm ki, başım çox ağrıyırdı. Başımı tərpədə bilmirdim. Bu yadımdadır. Çox şey yadımdan çıxıb. Uşaqlarla bağlı olanları da yuxu kimi xatırlayıram. Yadıma sala bilmirəm ki, necə olub…”.

Cəfərovanın yaxınları da məhkəmədə dindirilib. Onlar bildirib ki, son vaxtlar onun əhvalı gərgin olurdu, canı çox ağrıyırdı. Hətta həkimə də aparıblar, müalicə yazılıb.

“Son vaxtlar çox danışmırdı. Ancaq deyirdi ki, yatmaq istəyirəm. Daim yuxusu gəlirdi…”, – bacısı Rəhilə Manafova belə deyib.

Cəfərovanın qohumları AzadlıqRadiosuna bildirib ki, onu ibtidai istintaq zamanı bir neçə dəfə Maştağadakı Ruhi Əsəb Dispanserinə də aparıblar.

Məhkəmə bu hadisənin başvermə səbəblərini araşdırmağa çalışır.

Uşaqlardan biri 2017, ikincisi isə 2019-cu il təvəllüdlüdür.

24 saat” “İki uşağını dördüncü mərtəbədən atmaqda suçlanan ana hakim önündə” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button