Loading...
Loading...
GündəmXəbərlər

“İki xəstə heyvan verdilər ki, 5000 manat edir” – VİDEO

Yevlax sakinləri nazirliyin onlara xəstə heyvan verdiyini bildirir

Yevlax rayon Malbinəsi kəndinin sakinləri Mahmudov Sərvər Mahir oğlu və qeyriləri az24saat.org saytına müraciət edib. Onlar bildirirlər ki,
Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünəməşğulluq proqramı çərçivəsində onlara 5 min manatlıq mal-qara verilməsi sənədləşdirilib. Ancaq onlara təklif edilən heyvanların 1000 manat qiyməti var və xəstə heyvanlardır.

Bununla bağlı müvafiq qurumlara və nazir Sahil Babayevə edilən mürqciətlər isə nəticəsiz qalıb. Vətəndaşlar bildirirlər ki, hüquqlarının pozulması ilə bağlı hətta İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovaya da müraciət ediblər.

Ombudsman isə müraciəti baxılması üçün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin üzrəinə göndərib.

“Mən 05.23.2018-ci il tarixdə Yevlax rayon məşğulluq mərkəzinə işsiz kimi qeydiyyata düşdüm. Həyətyanı sahəmdə əlverişli şərait olduğu üçün özünüməşğulluq proqramına qoşuldum. Bir ay kurslara gedib, imtahandan uğurla keçdim. Biznes planımda 5000 manat dəyərində 2 yanı balalı heyvan qeyd edilmişdi.

01.01.2018-ci il tarixdə cənab prezidentin qərarına uyğun olaraq 7000 ailəyə 35.8 milyon manat vəsait ayrıldı. tarixde Cenab Prezdentin qerarına uyğun olaraq 7000min aileye 35.8milyon vesait ayrıldı.13.08.2018-vi il tarixdə ğzlərini ƏƏSMN-in nümayəndəsi kimi təqdim edən şəxslər yük maşınında xəstə, iqlim şəraitinə uyğunlaşa bilməyən iri buynuzlu mal gətirdilər. Dedilər ki, birinin qiyməti 2500 manatdır. Bazarda isə bu malların qiyməti 700-800 manat olar. Heç bir sənəd təqdim etmədilər, adlarını demədilər, biz də malları götürmədik. Onlarla bağlı çox yerə şikayət etsək də heç bir nəticəsi olmadı” – deyə şikayətçi bildirir.

Qeyd edək ki, bu gün Milli Məclisin komitə iclasında özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara xəstə heyvanlar verilməsi məsələsi müzakirə edilib.
Deputatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tənqid ediblər.

Nazirlik isə deputatlarının tənqidi fikirlərinə münasibət bildirib. Nazirliyin yaydığı məlumatda bildirilir ki, özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə aparılır.

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button