Loading...
Loading...
Xəbərlər

İki yaşlı uşaq anasını güllələdi

ABŞ-ın Viskonsin ştatının Miluoki dairəsində 2 yaşlı uşaq təsadüfən tapança ilə anasını güllələyib.

Musavat.com-un məlumatına görə, qadın güllələnən zaman avtomobil idarə edirmiş o hadisə yerində ölüb. Silah qadının gözətçi işləyən gənc sevgilisinə məxsus olub.

Məlumata görə, arxa oturacaqda oturan körpə, doldurulmuş tapancanı tapıb təsadüfən tətiyi çəkib. Güllə oturacağı deşərək 26 yaşlı Patris Praysın belindən dəyib.

Avtomobildə ölmüş qadının anası daha bir uşaq da olub. Onların heç biri xəsarət almayıb.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?
Back to top button
Telegram kanalımıza abunə olun