Loading...
Loading...
Xəbərlər

İkinci Əliyev-Paşinyan görüşü Fransa prezidentinin vasitəçiliyi ilə keçirilib

Bakı/16.12.21 Dekabrın 15-də axşam Brüsseldə Fransa prezidentinin vasitəçiliyi ilə İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla daha bir görüşü keçirilib.

Bundan əvvəl Makron Paşinyanla ayrılıqda görüşüb, görüşdən sonra belə bir tvit yazıb: 

“Biz erməniləri heç vaxt tək qoymayacağıq. Həmişə möhkəm sülhün bərqərar olması üçün həllər axtaracağıq. Qarşıdan gələn bayramların sakitlik və humanitar sahədə nailiyyətlər dövrü olmasına çağırıram”.

Hələlik tərəflərdən heç biri Makron-Əliyev-Paşinyan üçtərəfli görüşünün təfərrüatı barədə məlumat yaymayıb. Amma aydındır ki, müharibənin nəticələrinin aradan qaldırılması və vəziyyətin sülh yolu ilə həllinin axtarışı məsələləri müzakirə olunub.

Bir gün əvvəl Brüsseldə Avropa Şurasının rəhbəri Şarl Mişel də buna bənzər görüş təşkil etmişdi. -02D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button