2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

İkinci dünya müharibəsi iki dələduzun etimadszılığı üzündən başladı

Hitler “preventiv müharibə”dən nə qazandı?

1941 ci il iyunun 22 də saaat 5.30 da Almaniya Təbliğat naziri Dr. J. Göebbels radio ile A.Hitlerin alman xalqına müraciətini oxuyur. O, müraciətdə Almaniyanın SSRİ-yə müharibə elan etdiyini bildirir. Həmçinin, SSRİ 1939-cu il “Hücumetməmək haqqında” protokolun şərtlərini pozmaqda ittiham edilir. Beləliklə, İkinci Dünya müharibəsinin ən böyük hərbi əməliyyatlarından biri başlanır. Müharibənin başlanması ilə sovet tarixində yeni bir mərhələ, Böyük Vətən Müharibəsi  adlı yeni bir tarixi dövr başlanır.

Saytların yığılması Saytlarin yigilmasi

Sonralar, sovet tarixşünaslığında müharibənin başlanmasını SSRİ üçün gözlənilməz olduğu haqqında fikirlər dövriyəyə buraxılmışdı. Lakin, SSRİ nin süqutundan sonra, həmin rəsmi propaqandanı inkar edən alternativ fikirlər ortaya çıxmışdır. Ancaq, hər halda bugünə kimi həmin dövrə aid bir çox sənəddlərin üzərindən hələdə “Tam Məxfi” qrifinin götürülməməsi bu məsələyə dair mübahisələrin uzanmasına səbəb olub. Bütün bunlara baxmayaraq, 22 iyun ərəfəsində baş vermiş hadisələr və faktlar həmin hadisənin üzərinə müəyyən mənada “işıq salmağa” imkan yaradır. 

Əslində, İkinci Dünya Müharibəsi  Birinci Dünya Müharibəsinin məntiqi davamı idi. 

Artıq, 30 cu illərin əvəllərindən məlum idi ki, Birinci Dünya müharibesinin nəticəsi olaraq yaradılmış Versal sistemi bir çox ölkələri qane etmir. Həmin sistem yalnız Fransa başda olmaqla bir sıra Şərqi Avropa ölkələrini qane edirdi. Əsas ölkələr Almaniya, Britaniya, İtaliya kimi ölkələr Versal sistemindən narazı idilər. Təbii ki, Almaniya və İtaliyadan fərqli olaraq Britaniya bunu açıq şəkildə bildirməsə də, Fransanın avropadakı hegemonluğu rəsmi Londonu narahat edən məsələlərdən biri idi. Ona görə də, Britaniya yaxın perspektivdə Fransaya qarşı balans yaradacaq “Yeni Almaniya”nın yaranmasında maraqlı idi. Bəs SSRİ də həmin sistemə münasibət necə idi ?.

Əlbətdə, bir tərəfdən Versal sistemi SSRİ ni mövcud sərhədlər daxilində mövcudluğuna təminat verirdi. Ona görə də, rəsmi Moskva mövcud status kvonun  pozulmasında maraqlı deyildi. Ancaq digər tərəfdən, həmin dövrdə SSRİ Avropada gedən siyasi prosseslərdən kənarda qalmış və təcrid olunmuş vəziyyətdə idi. Doğrudu, hələ 1934 cü ildə SSRİ Fransa Xarici İşlər naziri L.Bartunun xüsusi təşəbbüsü ilə Millətələr Liqasına üzv qəbul edilmişdi. Lakin, Cenevrədə yerləşən Millətlər Liqası siyasi prosseslərdə ciddi rol oynaya bilmirdi. Vəziyyətdən çıxış yolu isə, Avropada hərbi – siyasi böhranlı vəziyyətin yaranması ola bilərdi. Bu baxımdan SSRİ də Versal sisteminin demontajında maraqlı idi.

Stalin başda olamaqla bolşeviklərdə belə bir inam var idi ki, müharibələr sosialist inqilabları üçün əlverişli şərait yaradır. Axı, 1917 ci ildə Rusiyada bolşeviklərin hakimiyyəti ələ keçirməsində Birinci Dünya müharibəsi əvəzsiz rol oynamışdı. Bolşeviklərin hakimiyyəti ələ keçirdikləri ilk gündən “Sosialist inqilabının ixracı” konsepsiyası xarici  siyasətin əsas prioritetlərindən biri olub. Doğrudu 20 ci illərdə Stalin Trotskinnin “ Permanent inqilab”doktrinası ilə razılaşmırdı. Cünki, həmin dövrdə Avropadakı ictimai – siyasi və beynəlxalq vəziyyət bunu qeyri – mümkün edirdi. Lakin, 30 cu illərin ortalarında Avropada yaranmış hərbi – siyasi vəziyyət Stalini həmin doktrinaya qayıtmağa sövq etmişdi. Stalin, Avropada baş verə biləcək müharibəyə “Proletar inqilabı”nın detenatoru kimi yanaşırdı.

Təsadüfi deyil ki, müharibə başa çatdıqdan sonra, sovet qoşunlarının nəzarəti altında olan Şərqi Avropa ölkələri sosialistləşdirildi.

Məlum olduğu kimi, İkinci Dünya Müharibəsi 1939 cu il sentyabrın 1 də nasist Almaniyasının Polşaya hücumu ilə başlanmışdı. Məhz, “Polşa böhranı” (Dançiq problemi) və onun ətrafında cərəyan edən hadisələr Avropada sülh və ya müharibə məsələsinin talehini həll edirdi. Britaniya və Fransa Reyn, Avstriya və Çexoslovakiya böhranı zamanı nümayiş etdirdikləri siyasi – diplomatik loyallığı “ Polşa məsələsi” də nümayiş etdirmək niyyətində deyildilər. Rəsmi Londonun və Parisin qətiyyətli mövqeyi bu dəfə Hitleri hərbi – siyasi baxımdan daha ehtiyatlı hərəkət etməyə məcbur etmişdi.  Əslində, mövcud böhranlı vəziyyət heçdə yalnız Polaşnın deyil, bütövlükdə Şərqi Avropanın gələcək talehini həll edən məsələyə çevrilmişdi. Belə bir şəraitdə isə, SSRİ nin tutacağı mövqe böyük əhəmiyyətə malik idi.

Sovet və rusiya tarixçilərinin əksəriyyəti belə bir iddia irəli sürürlər ki, həmin dövrdə, Britaniya və Fransanın əsas məqsədi Hitleri şərqə doğru, SSRİ yə qarşı yönəltmək idi. Lakin, tam ideoloji propaqandaya əsaslanan bu cür iddianın heç bir ciddi əsası yoxdu. Əgər rəsmi Londonun və Parisin bu cür niyyəti olsaydı o zaman onlar, Polşa məsələsində daha loyal mövqe nümayiş etdirməli idilər. Çünki, Çexoslovakiyadan fərqli olaraq,  Polşa ərazisindən SSRİ nin qərb sərhədlərinə birbaşa çıxış imkanı əldə edilirdi.

Beləliklə, vəziyyət istər  – istəməz elə xarakter almışdı ki, son söz sahibi məhz Stalin idi. Məhz onun qəbul edəcəyi son qərar Avropada sülh və ya müharibə məsələsinə aydınlıq gətirməli olmuşdu. Təbii ki, Stalin bu üstünlüyündən maksimum dərəcədə faydalanmağa çalışır.

Yaranmış vəziyyəti çox gözəl başa düşən müttəfiqlər (Britaniya və Fransa) və Almaniya SSRİ ilə əməkdaşlıq etməklə Avropadakı hərbi  -strateji qüvvələr nisbətini öz xeyirlərinə dətişmək üçün cəhdlər edirlər. 

1939 cu ilin aprelində Moskvada Britaniya, Fransa və SSRİ arasında kollektiv təhlukəsizliyə dair danışıqlar başlanır. Danışıqlar SSRİ Xalq Xarici İşlər komissarı M. Litvinovla həmin ölkələrin SSRİ dəki səfirləri səviyyəsində aparılırdı. Artıq, bir sıra məsələlərdə qarşılıqlı razılaşmalarda əldə edilmişdi. Lakin, danışıqların gedişi prossesində mayın 3 də gözlənilmədən, müxtəlif bəhanələrlə M. Litvinov vəzifəsindən azad edilir. Bu dəfə SSRİ ni danışıqlarda V. Molotov əvəz edir. Məhz, Molotovun danışıqlar prossesinə qoşulması ilə diplomatik danışıqlar dalana dirənir. Belə ki, danışıqlar prossesində Molotov “Dolayı təcavüz” termini adı altında yeni şərtlər irəli sürür. Sovet tərəfi belə bir təkliflə çıxış edir ki, imzalanacaq razılaşmaya əlavə bəndd daxil edilsin. Sovet tərəfinin təklifinə əsasən, Şərqi Avropa ölkələri, Yunanıstan, Türkiyə və Belçikaya qarşı hər hansı bir hərbi təcavüz təhlükəsi yarandıqda və ya belə bir təhlukə olmadıqda tərəflər həmin ölkələrin ərazisinə ordu yeridə bilər. Təbii ki, sovet tərəfinin hüquqi məntiqsizliyi danışıqlarda fasilənin yaranmasına səbəb olur. Əslində, həmin təkliflə sovet tərəfi açıq şəkildə Şərqi Avropanın onun nüfuz dairəsinə daxil edilməsini tələb edirdi.

Əlbətdə Stalin lap əvvəldən çox gözəl başa düşürdü ki, Britaniya və Fransa Şərqi Avropadakı mövcud status kvonun dəyişdirlməsinə razı olmayacaqlar. Çünki, danışıqlarında əsas predmeti məhz mövcud status kvonun saxlanmasına nail olmaqdan ibarət idi. 

Lakin, diplomatik danışıqların obyektinə çevrilmiş Şərqi Avropa ölkələrinində bu məsələdə mövqeyi təbii ki, həlledici faktorlardan biri idi. Danışıqlarda SSRİ nin mövqeyindən xəbər tutan bir sıra ölkələr təhlükəsizlikləri baxımından alternativ tədbirlər görməyə başlayırlar. Həmçinin, Çexoslovakiya təcrübəsindən çıxış edən həmin ölkələr artıq, Britaniya və Fransayada etibar etmirdilər. Buna görə də, 1939 cu il iyunun 7 də Latvia və Estoniya Almaniya ilə hücumetməmək haqqında ikitərəfli müqavilə imzalayırlar. Litva isə Almaniya ilə həmin müqaviləni hələ mart ayında imzalamışdı. Finlandiya, Polşa və Rumıniya isə, qəti şəkildə öz ərazilərində hər hansı bir formada sovet qoşunlarını görmək istəmədiklərini bildirirlər.      

1939 cu il avqustun 11 də müttəfiqlərin nümayəndə heyəti əməkdaşlığın hərbi aspektlərini müzakirə etmək üçün admiral Draks başda olmaqla Moskvaya gəlir. Nümayəndə heyəti ilə görüşən SSRİ Xalq Müdafiə komissarı K. Voroşilov açıq şəkildə əməkdaşlıqdan imtina edir. 

Müttəfiqlərlə əməkdaşlıqdan imtinanın əsas səbəbi isə, həmin dövrdə  SSRİ ilə Almaniya arasında aparılan gizli danışıqlar idi. Rəsmi Berlinlə gizli  danışıqları SSRİ nin Almaniyadakı müvəqqəti işlər müvəkkili Q.Astaxov aparırdı. Həmin danışıqlarda müttəfiqlərdən fərqli olaraq, Almaniya Şərqi Avropanı SSRİ ilə nüfuz dairəsinə bölüşdürmək üçün gizlin protokolun imzalanmasına razılıq vermişdi. Müqaviləni imzalamaq üçün Almaniya Xarici İşlər naziri fon Ribbentropun Moskvaya səfəri planlaşdırılmışdı. Sovet  – Alman razılaşması ilə əlaqədar olaraq Almaniyanın Təbliğat naziri Göebbels şəxsi gündəliyinə belə qeyd etmişdi : “ Moskva ilə pakt əla ideyadı. Ribbentrop şənbə günü Moskvada olacaq. Bu çox yaxşıdı. İndi rahat yatmaq olar.”

Stalin çox gözəl başa düşürdü ki, Britaniya və Fransa ilə təhlükəsizlik müqaviləsi imzalanarsa bu, Hitleri müharibəyə başlamaqdan çəkindirəcək. Stalinə isə, böyük planları həyata keçirmək üçün “Böyük müharibə” lazımdı. Hitlerlə əməkdaşlığa gedən Stalin müharibənin “Yaşıl işığını” yandırmış oldu.   

1939 cu il avqustun 19 da “Almaniya ilə SSRİ arasında ticarət müqaviləsi ” imzalanır. Bundan dörd gün sonra isə, avqustun 23 də Moskvada “Almaniya ilə SSRİ arasında on il müddətinə hücumetməmək haqqqında müqavilə” və Şərqi Avropanın iki ölkə arasında nüfuz dairəsinə bölüşdürməsi haqqında gizlin protokol imzalanər. Beləliklə, avropada alman – sovet alyansı yaranır. SSRİ ilə ticarət əməkdaşlığına nail olan Hitler avropada aparacağı müharibələr üçün SSRİ vassitəsilə geniş iqtisadi resurslar əldə edir. SSRİ isə, bunun müqavilində Almaniyadan yeni texnologiyalar alır. Həmçinin, hərbi  – siyasi əməkdaşlıq vassitəsilə, Hitler şərqdən ola biləcək potensial hərbi təhlükənin neytrallaşdırılmasına nail olmaqla iki cəbhədə müharibə təhlükəsindən xilas olur. Bu isə ona, bütün resursları Polşa, Fransa və Britaniyaya qarşı müharibəyə cəlb etmək imkanı verir.

1939 cu il sentyabrın 17 də alman    sovet razılaşmasına əsasən sovet qoşunları Şərqi Polşa ərazisinə daxil olaraq ərazini işgal edirlər. Sentyabrın 22 də isə Brest – Litovskda birgə sovet – alman hərbi nümayişi keçirilir. 1940 cı ilin iyununda Fransa məğlub olduqdan sonra SSRİ Rumıniyanın Bessarabiya və Yuxarı Bukovina ərazilərini işğal edir.

1940 cı il iyulun 19 da Reyxstaqda cıxış edən Hitlerk Britaniya ilə müharibənin heç bir mənası olmayan müharibə kimi qiymətləndirir və faktiki olaraq, sülh təklifi ilə çıxış edir. İyulun 22 də isə, Britaniya Xarici İşlər naziri E. Halifaks Britaniya hökuməti adından çıxış edərək həmin təklifi rədd edir. Bu, Hitlerin müharibə başlandıqdan sonra ikinci sülh təklifi idi. Birinci sülh təklifi hələ 1939 cu il oktyabrın 6 da Britaniya və Fransaya edilmişdi. Həmin təklifə əsasən, alma qoşunları Polşadan çıxır, polşa dövləti yenidən bərpa edilir, Dançiq şəhəri və Şərqi Prussiya ilə Pommern arasındakı dəhliz Almaniyanın nəzarəti altında qalırdı. Lakin, beynəlxalq aləmdə siyasi etmiadını itirmiş Hitlerin həmin təklifləri məntiqi olaraq heç bir müsbət nəticə vermir.

Hitlerin sülh təklifinin Britaniya tərəfindən rədd edilməsi bütün şübhələri Stalinə yönəldir. Məntiqi olaraq belə bir sual ortaya çıxır. Faktiki olaraq izolyasiya şəraitində olan, avropada heç bir real müttəfiqi qalmayan U.Çörçill nəyə arxayındı?. Amerikaya ?. Amerika siyasi – diplomatik baxımdan avropada bir o qədərdə aktiv deyil. Birinci dünya müharibəsindən sonra, Amerika yenidən izolyasiya siyasətinə qayıtmış və prezident V.Vilsonun şəxsi təşəbbüsü ilə yaradılmış Millətlər Liqasında belə təmsil olunmayıb. Həmdə, indi Amerikanı Uzaq Şərqdə və Sakit Okean hövzəsindəki Yaponiyanın hərbi fəaliyyəti daha çox narahat edir. Amerika variantı daha az real görünür. Yeganə olaraq Rusiya etimalı qalır. Deməli, Çörçill Stalinə arxayındı.

Öz növbəsində isə, Hitlerin Britaniyaya sülh təklifi ilə çıxış etməsi SSRİ də şübhələr yaradır.

Hitler onsuzda izolyasiya şəraitində olan Britaniyaya nəyə görə sülh təklifi etsin ? Doğrudu dənizdə və havada Britaniya ordusu üstünlüyə malikdi. Lakin, bu yalnız özünü müdafiə üçün yetərlidi. Britaniya indiki şəraitdə kontinental avropada hərbi əməliyyatlar aparmaq imkanına malik deyil. Belə olan şəraitdə Britaniya ilə sülh Hitlerin nəyinə gərəkdi ?. Əgər tərəfələr arasında sülh müqaviləsi imzalanarsa bu, Britaniyanın müharibədən çıxması deməkdi.  Belə olan təqdirdə, Almaniya qərb cəbhəsindən xilas olur və bütün diqqətini və hərbi qüdrətini şərqə  – SSRİ yə qarşı cəmləmək imkanına malik olur. Hətda son anda SSRİ yə qarşı birgə almaniya  – britaniya ittifaqıda yaradıla bilər.   

Beliklə, U. Çörçillin inadkar mövqeyi Hitlerlə Stalin arasındakı qarşılıqlı etimadsızlığı artıran faktora çevrilir. Digər bir hadisə isə, tərəflər arasındakı inamsızlığı daha da dərinləşdirir.

1940 ci il noyabrın 12 – 15 SSRİ Xalq Komissarlar Sovetinin sədri, Xarici İşlər komissarı V. Molotov rəsmi səfərlə Berlində olur. Molotovla görüşən Hitler tezliklə Britaniyanı məğlub edəcəyini bildirir və imperiyanın dünya üzrə səpələnmiş mülklərini bölüşdürməyi təklif edir. O, SSRİ yə Hindistan və İrandakı Britaniyaya məxsus neft mədənlərinin olduğu əraziləri tutmağı təklif edir. Lakin, SSRİ ni həmin ərazilər deyil, Şərqi Avropa maraqlandırırdı. Hələ Hitlerlə görüşə getməzdən əvvəl Stalin Molotova yazılı şəkildə aşağıdakı təlimatı göndərmişdi :

“ Tam Məxfi

Sovet qoşunlarının həmin ərazilərə daxil olması şərti ilə SSRİ nin maraq dairəsinə Bolqarıstan və Dunay çayı daxil edilməlidi. Həmçinin Rumıniya, Macarıstan və Türkiyə məsələlərinə də aydınlıq gətirilməlidi. SSRİ nin Bosfor ve Dardanel boğazlarında hərbi dəniz bazalarının olmasının vacibliyi nəzərə alınmalıdı.

SSRİ ni bir Baltik ölkəsi olaraq Finlandiyada maraqlandırır. 

Berlin danışıqlarında Hitler diplomatik dillə açıq şəkildə Şərqi Avropanı SSRİ ilə nüfuz dairəsinə bölüşdürmək istəmədiyini bildirir. Həmdə Hitleri narahat edən əsas məsələlərdən biri də ondan ibarət idi ki, iyun ayında sovet qoşunları Rumıniyanın Bessarabiya ərazisi ilə yanaşı, Yuxarı Bukovinanıda işğal etmişlər. Halbuki, Yuxarı Bukovina məsələsi 1939 cu il 23 avqust tarixli imzalanmış gizlin protokolda əks olunmamışdı. Bundan başqa, Fransa məğlub edildikdən sonra, Rumıniya artıq Almaniyanın müttəfiqi idi. Hitlersə Rumıniyaya özünün əsas neft bazası kimi baxırdı. Molotov isə Rumıniya və Finlandiyada alman hərbi təlimçilərinin yerləşdirilməsindən narahat olduqlarını qeyd edir və məsələyə aydınlıq gətirilməsini istəyir. 

Berlin səfərindən sonra, Politbüronun iclasında çıxış edən Molotov Hitleri çox gözəl nitq qabiliyyəti, qarşısındakına psixoloji təsir etməyi bacaran və gözəl aktyorluq qabiliyyəti olan bir şəxs kimi xarakterizə edir. Sonda isə çıxış edən Stalin, Almaniya ilə müharibənin mütləq qaçılmaz olduğunu və buna hazır olmağın vacibliyini bildirir.   

Beləliklə, tərəflər açıq şəkildə müharibəyə hazırlaşırlar.

Stalin çox gözəl başa düşürdü ki, Hitlerə müqavimət göstərən Çörçill onun təbii müttəfiqidi. Lakin, narahat doğuran əsas məsələ Yaponiyanın mövqeyi idi. Məhz, Yaponiya faktoru SSRİ ni iki cəbhədə müharibə aparmaq təhlükəsi ilə üz  – üzə qoyurdu. Ona görə də, ilk növbədə Uzaq Şərqdən mümkün ola biləcək potensial təhlükənin neytrallaşdırılması əsas məsələ kimi qarşıda dayanmışdı.

Hüquqi baxımdan Almaniya ilə müttəfiq olan Yaponiyanı isə, daha çox Uzaq Şərq regionu maraqlandırırdı. Bundan əlavə, Çin məsələsində Almaniya ilə Yaponiya arasında fikir ayrılığı yaranmışdı. Bundan istifadə edən sovet tərəfi Yaponiya ilə yaxınlaşma siyasəti yürütməyə başlayır.  Bunun nəticəsi olaraq, 1941 ci il aprelin 13 də Moskvada  Molotovla Yaponiya Xarici İşlər naziri Y. Maçuoka tərəfindən iki ölkə arasında bitərəflilik haqqında pakt imzalanır. SSRİ Yaponiya ilə olan münasibətlərə o dərəcədə üstünlük verirdi ki, hətda Stalin şəxsən özü Yaponiya Xarici İçlər nazirini yolasalma mərasimində iştirak etmək üçün dəmiryol vağzalına getmişdi. 

1941 ci il yanvarın 14 də Q. Jukov Baş Qərargah rəisi təyin edilir və o, fevralın 12 də “Səfərbərlik haqqında” tərtib edilmiş yeni planı təsdiqləyir. May ayında isə, SSRİ də hərbi təlimlər adı altında faktiki olaraq səfərbərlik elan edilir. Həmin prosses zamanı, 793 min şəxs orduya çağrılır. Bundan əlavə, Uzaq Şərqdəki hərbi hissələrin əksəriyyəti təcili şəkildə Qərb hərbi dairələrinə köçürülür. Beləliklə, 1941 ci il 22 iyun ərəfəsində SSRİ təxminən altı milyonluq orduya malik idi ki, bu da dünyada ən böyük ordu hesab olunurdu. Qərb istiqamətində yerləşdirilmiş ordu hissələrinin böyük əksəriyyəti isə kazarmalar olmadığı üçün Belorusiya və Ukrainanın meşələrində, çadırlarda yerləşdirilmişdilər. Sovet rəhbərliyi maksimum dərəcədə həmin tədbirləri məxfi şəraitdə aparmağa üstünlük verirdi. Lakin, bu miqyasda hərbi tədbirlərin məxfi şəraitdə aparılması faktiki baxımdan mümkün deyildi. Təbii ki, Hitler başa düşürdü ki, sovet tərəfinin gördüyü bütün bu hərbi – diplomatik tədbirlər ilk növbədə ona qarşı yönəlib.

1941 ci il aprelin 29 da Hitler “Sport Palace” da gənc zabitlər qarşısında məxfi məruzə ilə çıxış edir. O, çıxışında belə deyir: “ Tezliklə elə bir hadisə baş verəcək ki, bu çoxları üçün anlaşılmaz olacaq. Avropanın başı üzərində qırmızı vəba baş qaldırıb ” 

1941 ci il mayın 5 də isə Stalin Hərbi Akademiyanın məzunları qarşısında məxfi məruzə ilə çıxış edir. O, çıxışında orduda həyata keçirilən islahatlar haqqında danışır və bildirir ki, sovet ordusunda diviziyaların sayı 120 dən 300 çatdırılıb. Ordunun ən müasir aviasiya, tank və artilleriya sistemləri ilə təchiz edildiyini bildirir. Almaniyanı isə, əsas düşmən dövlət elan edir. Daha sonra, təşkil edilmiş ziyafətdə çıxış edən Stalin belə deyir: “ Biz, ordumuzu müasir texnika ilə təchiz edənədək müdafiə xətti yeridirdik. İndisə ordumuzu rekonstruksiya etdikdən və müasir döyüş texnikaları ilə təchiz etdərək güclü olduğumuz üçün müdafiədən hücuma keçməliyik 

Bir sıra sovet və rus tarixçilərinin SSRİ ni yalnız özünü müdafiə etməsi haqqında uydurduğu miflər tam alt  – üst olur. Tarixi faktlar onu sübut edir ki, Stalin  avropada geniş miqyaslı hücum müharibəsinə hazırlaşırdı.

Bugün heç kimə sirr deyil ki, Böyük Vətən Müharibəsinin ilk mərhələsində sovet qoşunlarının məğlubiyyətinin bir sıra səbəbləri ilə yanaşı əsas səbəblərdən biri də, sovet ordu hissələrində yerli topoqrafik xəritələrin olmaması idi. Topoqrafi xəritəsi olmayan ordu isə, hərbi baxımdan “Kor ordu” dan başqa bir şey deyil. Bu zaman belə bir sual ortaya çıxır. Doğurdanmı böyük müharibəyə hazırlaşan sovet ordusu bu dərəcədə vacib məsələyə əhəmiyyət verməyib ?. Təbii ki, yox.

Bir anlığa belə təsəvvür edək ki, müharibənin ilkin mərhələsində sovet qoşunlarının kütləvi məğlubiyyətinin əsas səbəblərində biri olan topoqrafik xəritələrin çatışmazlığı idi. Həmin dövrdə, bu sahəyə rəhbərlik edən şəxsi sözsüz ki, həbs və güllələnmə gözləyirdi. O dövrdə Müdafiə Komissralığının mətbəsinə general – leytenant  M. K. Kudryavçev rəhbərlik edirdi. Lakin, Kudryavçev nəinki həbs edilmədi, heç istintaqa belə cəlb edilmədi. O, uzun müddət  – 30 il – bu sahəyə (1938 – 1968) rəhbərlik etdi.  General M. K. Kudryavçevin cəzalanmaması tam təbii idi. Çünki o, heç bir cinayət etməmiş əksinə, verilən tapşırıqları yüksək səviyyədə icra etmişdi. Məsələnin əsl mahiyyəti bundan ibarətdir ki, Müdafiə Komissarlığının mətbəəsi müharibə ərəfəsində 100 minlərlə topoqrafik xəritələr çap edərək hərbi hissələrə göndərmişdi. Sadəcə olaraq həmin xəritələr yerli ərazilərin deyi, Şərqi Prussiyanın topoqrafik xəritələri idi. Maraqlıdı ki, “müdafiəyə” hazırlaşan ordu öz ərazisinin deyil, başqa ərazilərin topoqrafik xəritələri ilə təchiz edilmişdi. Təbii ki, hücuma hazırlaşan sovet ordusu üçün yerli deyi, hücum edəcəyi ərazinin topoqrafik xəritəsi lazım idi. Bundan əlavə, hələ 1941 ci ilin fevralında həmin mətbəədə zabitlər üçün yüz minlərlə “Rus – Alman qısa hərbi danışıq kitabcası” çap edilərək paylanmışdı. Doğurdanmı, sovet zabiti Ukraina və ya Belorusiyada bir kəndə gələrək yerli sakindən nəyisə soruşmaq üçün rus dilində deyil, alman dilində lüğətdən istifadə etməli idi ?. Bu zaman, sovet ordusunun müdafiə xarakterli müharibəyə hazırlaşdığını iddia edən tarixçilər təbii ki, gülünc vəziyyətə düşürlər. Bu cür danışıq kitabçaları yalnız alman dilində deyil ingilis, fin, rumın, macar, türk, fars və çin dillərində də çap edilmişdi.       

Beləliklə, həmin dövrdəki tarixi faktlara qısa nəzər saldıqda tam aydın olur ki, Hitler 1941 ci il iyunun 22 də SSRİ yə hücum etməklə Stalini qabaqlamış, sovet ordusunun Qərb cəbhəsində tam komplektləşdirilərək geniş miqyaslı hücum planının qarşısını almaq məqsədilə “Preventiv müharibə” yə başlamışdı. Lakin, sonrakı hadisələr onuda göstərdi ki, Hitler özüdə həmin müharibəyə tam hazır deyildi.

Surxan Lətifov

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button