2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlahiyyatçı dövlətə xəyanətdə ittiham edilir

Sərdar Babayev istintaq müddəti üçün 4 aylıq həbs edildi

Oktyabrın 19-da saxlanılan ilahiyyatçı Sərdar Babayev dövlətə xəyanətdə suçlanır. 

Bu barədə Meydan TV-yə vəkil Cavad Cavadov məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. 

İstintaq dövründə onun həbsdə saxlanması üçün oktyabrın 21-də Səbail Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

Məhkəmə təqdimatı təmin edib və Sərdar Babayevin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, ilahiyyatçı İran xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda ittiham olunur.

Sərdar Babayevin yaxınları onun ittihamı qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib.

Sərdar Babayev 2017-ci ilin fevralında da həbs olunmuş, CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsilə 3 il azadlıqdan məhrum edilmişdi.

İddia olunurdu ki, Sərdar Babayev ölkədən xaricdə dini təhsil alıb. 

Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirirdi ki, Sərdar Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Habelə Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxs də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə 2017-ci ilin mayında yumşaldılıb. 

Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button