2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlahiyyatçı ittihamları qəbul etmir – QAPALI PROSES

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlunun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Məhkəmə prosesi qapalı keçirirlib.

İlahiyyatçının vəkili Əfqan Məmmədov bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur: “Elşən Mustafoğlu bu gün sərbəst ifadə verib. O, özünü günahkar bilmədiyini, ona qarşı irəli sürülən ittihamların əsasız olduğunu deyib. Ortada onun günahını sübut edən konkret faktlar olmadığına görə, biz də onun günahsızlığını tam sübut etməyə çətinlik çəkirik. İttiham tərəfi ortaya konkret heç bir sübut qoymur. Aparılmış 1 il 6 ay ərzindəki istintaq zamanı onun göstərilən cinayət əməlini törətməsi barədə heç bir sübut əldə olunmayıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil məhkəmənin qapalı keçirildiyini və istintaq sirrinin yayılmamasını əsas gətirərərk əlavə məlumat vermək istəməyib: “İnanın, bu işin üstü açılarsa biabırçılıq olacaq. Bu, boş xülyalarla hazırlanan cinayət işidir”.

Məhkəmə prosesi avqustun 2-də davam etdiriləcək.

Qeyd edıək ki, E.Mustafaoğlu hazırlıq iclası zamanı ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və general Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.

Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

E.Mustafaoğlu 2006-2007-ci illərdə “İctimai” TV-də kanalın ən populyar verilişlərindən olan “Cümə Söhbəti” verilişinin müəllifi və aparıcısı olub.

2007-ci ildə isə ANS TV-də “Allah Haqqı” verilişinin aparıcısı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button