2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlahiyyatçını “karsa” məhkəmə iclasından sonra salıblar

Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımov saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında üç gün cərimə kamerasına (kars) salınıb.

Bu, Elçin Qasımov, eləcə də Nardaran hadisələrindən sonra həbs edilmiş və hazırda onunla birlikdə mühakimə olunan daha 11 nəfərin işi üzrə mayın 5-də keçirilən məhkəmə iclasından sonra baş verib. Amma ilahiyyatçı və vəkili Fariz Namazlı bu məsələni mayın 19-da keçirilən məhkəmədə açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

HAKİM CƏZALANDIRILMASI ÜÇÜN MÜRACİƏT EDİB

Vəkil bildirib ki, Elçin Qasımovu təcridxanada cəzalandırarkən bunu onların işinə baxan hakim Mayıl Bayramovun müraciəti ilə əsaslandırıblar. Ötən məhkəmədə polis əməkdaşı Emin Məmmədov dindiriləndə ilahiyyatçı onun yalan danışdığını, böhtan atdığını bildirmişdi. Bu fikrini çatdırarkən belə bir müqayisə aparmışdı: “Təsəvvür edin, mən deyirəm ki, siz hər gün rüşvət alırsınız, pul alıb, cinayətkarı buraxırsınız. Bu, şər-böhtandı, yoxsa yox? Görürsünüz, bu adam da gəlib mənə beləcə böhtan atır, şər danışır”.

Buna görə prosesdə qalmaqal düşmüş, məhkəmə yarımçıq dayandırılmışdı. Elçin Qasımovu “karsa” salarkən ona deyiblər ki, məhkəmədəki bu hadisəyə görə hakim onun cəzalandırılması üçün istintaq təcridxanasının rəhbərliyinə müraciət edib.

Mayın 19-da məhkəmədə Fariz Namazlı deyib ki, hakimin belə bir müraciət etməsi qanunsuzdur: “Məhkəmədə baş verənlərlə bağlı hakim xəbərdarlıq edə, protokola qeyd yazıla bilər. Yəni məhkəmədə olanların istintaq təcridxanasına aidiyyəti yoxdur”.

Hakim Mayıl Bayramov isə istintaq təcridxanasına müraciət etmədiyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi-2” üzrə mühakimə olunan Elçin Qasımov və daha 11 nəfərin məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir. Amma mayın 19-da şahidlər məhkəməyə gəlməyiblər. Xəbər veriblər ki, yollar bağlı olduğuna görə gələ bilmirlər.

Buna da bax:​ Elçin Qasımov şahid polisə: ‘Kişi ol…’

Bu səbəbdən məhkəmə mayın 26-na təxirə salınıb. (azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button