2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlahiyyatçının məhkəməsində qalmaqal: 5 nəfər saxlanıldı

Masallıdakı “Cümə” məscidində xütbə söylədiyinə görə həbs olunan ilahiyyatçı Sərdar Babayevin məhkəməsi başlayıb.

Onun işinə Masallı Rayon Məhkəməsində hakim Anar Məmmədov baxır. Mayın 19-da ilahiyyatçının işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Proses başlamamışdan əvvəl məhkəmə binası çoxsaylı polislərlə əhatələnib.

Saytların yığılması Saytlarin yigilmasi

İlahiyyatçının vəkili Yalçın İmanov “Azadliq.info”ya bildirib ki, nəinki Sərdar Babayevin yaxınlarına, prosesi izləməyə gələn dindarlara, hətta vəkillərə qarşı da polislər kobudluq edib, onların məhkəmə binasına daxil olmasına maneçilik yaratmağa cəhd göstərilib. İstintaq dövründə Sərdar Babayevin vəkili yalnız Cavad Cavadov idi, artıq müdafiə prosesinə daha üç vəkil qoşulub – Yalçın İmanov, Nemət Kərimli və Osman Kazımov.

Vəkillər zala daxil olarkən görüblər ki, məhkəmə zalı naməlim adamlarla doldurulub. Zalda yer olmadığını əsas gətirib, ilahiyyatçının məhkəməsinə gələn yaxınlarını isə zala buraxmayıblar. Həm ilahiyyatçının özü, həm də vəkillərinin təkidlərindən sonra o adamlar zaldan çıxarılıb. Sərdar Babayevin yaxınlarının bir hissəsi zala buraxılıb.

Sərdar Babayev Cinayət Məcəlləsinin 168-1.3-cü (dini mərasimlərin idarə edilməsi tələblərinin pozulması) maddəsi ilə ittiham olunur. 2015-ci ilin dekabrında qanunvericiliyə dəyişiklik edərək, xaricdə dini təhsil almış şəxsin İslam dininə aid ayin və mərasimləri aparmasına qadağa qoyulub.

Sərdar Babayev məhkəmədə bildirib ki, ittihamın mahiyyəti ona aydın deyil: “Qanunlar Avropa standartlarına əsaslanırsa, Avropanın bütün qabaqcıl ölkələrində, Amerikada cümə günləri cümə namazları qılınır. Bir çox yerlərdə namazları mənim də məzunu olduğum beynəlxalq universitetin məzunları qıldırır”.

Məhkəmədə həmçinin vəkillər Sərdar Babayev haqqında cinayət işinə xitam verilməsi, onun barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, istintaq dövründə müdafiə hüququnun kobud pozuntusuna görə işin istintaqa prosessual nəzarəti həyata keçirmiş prokurora qaytarılması, məhkəmə zalında Sərdar Babayevin qəfəsdən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsinə imkan verilməsi haqda vəsatətlər qaldırıblar.

Amma hakim Anar Alməmmədov vəsatətlərin heç birini təmin etməyib. İş üzrə məhkəmə baxışı mayın 25-nə təyin olunub. Yalçın İmanovun sözlərinə görə, Sərdar Babayev 1995-2000-ci illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2009-cu ildən Masallı rayonundakı “Cümə” məscidində qazi kimi fəaliyyət göstərib. Vəkil deyir ki, Sərdar Babayev Qafqaz Müsəlmanları İdarəsinin cənub regionu üzrə nümayəndəsinin təklifi və dəvəti əsasında həmin məsciddə fəaliyyət göstərib. 2016-cı ilin dekabrında ilahiyyatçının məsciddə xütbə oxuması və namaz qılması ilə əlaqədar cinayət işi başlanıb.

Onu da qeyd edək ki, məhkəmə ətrafında çoxsaylı polislərin toplaşması və onların məhkəməyə gələnlərə qarşı kobud rəftarı qalmaqalsız ötüşməyib. Nəticədə beş nəfər saxlanılaraq, Masallı Rayon Polis Şöbəsinə aparılıb. Bundan əlavə, “İslamın səsi” saytının baş redaktorunun diktafonu və kamerası əlindən alınıb, səs və görüntülər silindikdən sonra geri qaytarılıb.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button