2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

İlahiyyatçının məhkəməsi başlayıb

Sentyabrın 11-i ilahiyyatçı Sərdar Babayev-in (Hacıhəsənlinin) 3 il həbs edilməsinə dair Masallı Rayon Məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti üzrə proses başlayıb.

Şikayətə Şirvan Apellyasiya Məkəməsi-ndə baxılır. İlkin baxış iclasında ilahiyyatçının vəkilləri bir neçə vəsatətlə çıxış ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

S.Babayevin vəkillərindən Cavad Cavadlının bildirdiyinə görə, vəsatətlər birinci məhkəmə instansiyasında verilənlərin təkrarı olub.

Məhkəmədən ilahiyyatçının vəkillərinin yanında əyləşməsi, prosesin video və audio lentə alınması, habelə ilahiyyatçıdan şikayət etdiyi deyilən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov-un şahid qismində çağırılması istənilib.

Vəkilin bildirdiyinə görə, ilahiyyatçının dəmir qəfəsdən çıxarılaraq vəkillərin yanında əyləşməsindən başqa bütün vəsatətlər ləğv edilib.

İlkin baxış iclası vəsatətlər barədə qərarlar elan edildikdən sonra başa çatıb. Məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.

Şirvan Apellyasiya Məkəməsinə təqdim olunmuş şikayətdə ilahiyyatçıya azadlıq istənilir.

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button