2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

İlhamə Quliyevanın mirası bölüşdürüldü

Mərhum müğənni İlhamə Quliyevanın qalmaqallı mirası nə oğulluğu Orxan Nadirova, nə də dövlətə qalıb. Müğənninin varislərinin xala uşaqları və bibi uşaqları olması ilə bağlı qətnamə çıxarılıb.

24saat.org-un Musavat.com-a istinadən xəbərinə görə, bu barədə müğənninin oğulluğa götürdüyü O.Nadirovun hüququnu müdafiə edən vəkil mətbuata açıqlamasında deyib.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, Səbail Rayon Məhkəməsində şikayətləri təmin olunmayıb:

“Övladlığa götürmə faktı var. Biz də şahid ifadələrinə və fotogörüntülərə uyğun olaraq Səbail Rayon Məhkəməsinə müraciət etdik. Lakin şikayətimiz təmin olunmadı. İlhamə Quliyevanın qanun üzrə vərəsələrinə qaldıqda isə, bu kateqoriya beş növə bölünmüşdü: xala uşaqları və bibi uşaqları ortaya çıxdı. Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən, onların şikayəti təmin olundu və varis kimi tanındılar. Miras da onlara qaldı”.

Xalq artistinin oğulluğu hesab edilən O.Nadirov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, qərarla bağlı münasibətini yalnız fevralın 25-dən sonra bildirəcək.

Mərhum sənətkarın vəkili olmuş Elmira Məmmədova məhkəmə qərarına öz rəyini bu cür ifadə edib:

“Tezliklə bu məsələ ilə bağlı Orxanla görüşüb söhbətləşəcəyik. Lakin həmişə qeyd etmişəm ki, Mülki Məcəllədə məcburi pay var, yəni qanunla Orxana da pay düşür”.

Xatırladaq ki, ötən il vəkil Elmira Məmmədova mətbuata açıqlama verərək mərhum müğənninin mirasını açıqlamışdı.

Vəkilin sözlərinə görə, sənətkarın iki milyonluq mirası var (bura 4 ev, 50 sot torpaq, 2 avtomobil, qızıl-zinət əşyaları daxildir). Mərhum sənətkarın mirası ilə bağlı dəfələrlə onun yaxınları, o cümlədən, oğulluğu Orxan Nadirov, bacıları və müğənni Əli Mirəliyev arasında qalmaqal yaşanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button