Xəbərlər

İlham Əliyev Aİ-nin xüsusi nümayəndəsini və Slovakiya XİN başçısını qəbul edib

Loading...

Bakı/19.10.21 Prezident İlham Əliyevin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşündə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Prezidentin saytında yer alan məlumata görə, görüşdə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib. 

Bundan başqa, bu ilin iyul ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərinə toxunularaq səfər zamanı Prezident İlham Əliyevlə Şarl Mişel arasında keçirilən görüşün Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Toivo Aİ-nin regionda sabitliyin və sülhün möhkəmləndirilməsi, etimad mühitinin formalaşdırılması işinə töhfə verməyə hazır olduğunu vurğulayıb.

Həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn Zirvə toplantısı barədə fikir mübadiləsi aparılıb.

Elə bu gün prezident Əliyev Slovakiyanın xarici işlər naziri İvan Korçoku qəbul edib.

Söhbət zamanı Azərbaycan və Slovakiya və Aİ arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Korçok Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində iştirakda maraqlı olduqlarını bildirib. -06D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button