Now Reading:
İlham Əliyev bir neçə icra başçısını dəyişdi

İlham Əliyev bir neçə icra başçısını dəyişdi

Sərəncamlar dörd rayonu əhatə edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də imzaladığı sərəncamlarla bir neçə rayonda icra hakimiyyəti başçısının yerini dəyişib.

Prezidentin rəsmi saytında yerləşdirilən məlumata görə, Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Siyəzən rayonunda eyni vəzifəyə təyin edilib.

Siyəzən Rayon İcra Hakimiyyəti başçısı olan Asif Həbib oğlu Hüseynov isə vəzifəsindən çıxarılaraq, Novruz Məmmədovun yerinə Şabran Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilib.

Analoji yerdəyişmə Ağstafa və Goranboy rayonlarında da baş verib. Belə ki, Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Goranboy Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilib. Goranboy Rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Məhəmməd oğlu Quliyev isə vəzifəsindən azad edilərək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Adıçəkilən dörd rayonda icra başçılarının yerlərinin dəyişdirilməsinin səbəbləri göstərilməyib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.