2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İlham Əliyev: …BMT-də bizə qarşı növbəti təxribat hazırlanır

İlham Əliyev deyib ki, bu məsələdə “heç kim bizə təsir göstərə bilməz”

Saytların yığılması Saytlarin yigilmasi

“Laçın yolunda baş verən hadisə gün kimi aydındır. Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar”.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüşdəki çıxışında səsləndirib.

“Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır və biz bu gün görüşdüyümüz vaxtda BMT-də bizə qarşı növbəti təxribat hazırlanır. Artıq bir neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər. Gələn həftə də öz səylərini göstərəcəklər”.

İlham Əliyev həmin ərazilərin beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan əraziləri olduğunu və Azərbaycanın da tələblərinin haqlı olduğunu vurğulayıb.

…haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir. Ancaq bu gün bu vəziyyət tamamilə təhrif edilmiş tərzdə təqdim olunur. Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik”.

Dövlət başçısı bu baş verənlərin Azərbaycanı heçnədən çəkindirməyəcəyini bildirib.

“Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək”-İlham Əliyev vurğulayıb.

Dekabrın 12-dən bir qrup Azərbaycan vətəndaşı Ermənistanı Qarabağla birləşdirən Laçın yolunun Şuşa şəhərinin yanından keçən hissəsində növbəli aksiya keçirir.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və “humanitar böhran” yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər.

Etirazçıların sözlərinə görə, yolu onlar yox, Rusiya sülhməramlıları bağlayıblar və bundan başqa humanitar və təcili tibbi yardım maşınlarının yoldan keçməsinə də aksiya iştirakçıları heç bir maneə yaratmırlar.

Azərbaycanın Ekologiya və Təbi Sərvətlər nazirliyi ilə İqtisadiyyat nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, 3 dəfə (3, 7, 10 dekabr 2022) Rusiya sülhməramlılarına müraciət edilərək Azərbaycanın razılığı olmadan, qanunnsuz istismar edilən qızıl və mis mədənlərində monitorinq keçirmək istəyib.

Nazirliklərin yaydığı rəsmi məlumatlarda vurğulandığına görə, hər dəfə yerli sakinlərin təxribatları nəticəsində bu monitorinqlər baş tutmayıb.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edir.

Elə keçirilən aksiyada da əsas tələb Qarabağdakı qızıl və mis yataqlarında monitorinq aparılması ilə bağlıdır.

Qarabağdakı separatçı rejimin nümayəndələri isə baş verənləri ‘ekoloji yox, siyasi məsələ’ hesab edirlər. Həm də Laçın yolunun açılması ilə bağlı Azərbaycan və Rusiya sülməramlıları arasında aparılan dnışıqlarda iştirak etmədiklərini bildirirlər.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button