2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

“İlham Əliyev ciddi siyasi səhvə yol verdi”

“Ölkə başçısının Avropa Parlamentinin Prezidenti cənab Antonio Tajani ilə görüşdən imtina etməyi çox ciddi bir siyasi səhvdir və səfərin nəticələrini sıfra bərabər edir”. Bunu Avropa Şurası və Avropa Birliyində səfir işləmiş diplomat, azərbaycanlı siyasi mühacirlərin yaratdığı AND (Azərbaycan Naminə Demokratiya) təşkilatının həmsədri Arif Məmmədov feysbuk səhifəsində yazıb.

A.Məmmədov qeyd edib ki, İ.Əliyevin bu hərəkətinin fəsadları uzun müdfət ölkəmizə mənfi təsir edə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

“Tajani yeni seçilmis Prezidentdir, İslam dinini çox dərindən bilir və dinimizə böyük hörmətlə yanaşır. Onunla 2 saat İslamdan danışmışıq və onun bilikləri məni valeh etmişdir. O eyni zamanda çox nüfuzlu bir şəxsdir. Uzun müddətdir ki, tanışıq və yaxınlarda yenidən görüşməliyik. Çalışacayam ki onun məyusluğu ölkəmizə deyil, yalnız hakimiyyətə yayılsın”, – deyə mühacir diplomat qeyd edib.

A.Məmmədov həmçinin, İ.Əliyevin Brüsseldə apardığı danışıqların rəsmi Moskvanı qıcıqlandıracaq xarakterdə olduğuna işarə vuran başqa bir qeyd paylaşıb. O yazır: “Vladimir Putin İlham Əliyevin Brüsseldə nələrdən danışdığını bilsə, yaxınlarda sərt reaksiyasını gözləmək olar və kiminsə ciddi baş ağrısını”. Diplomat söhbətin nədən getdiyinə aydınlıq gətirməyib.

Azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button