Now Reading:
İlham Əliyev Davosda çıxış edəcək

Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi iqtisadi forumda iştirak etmək məqsədilə Davosa səfər edəcək.

AzVision.az iqtisadi forumunun saytına istinadən xəbər verir ki, Azərbaycan lideri Davosda “Strateji proqnoz: Avrasiya” sessiyasında çıxış edəcək.

“Siyasi dəyişikliklər, struktur islahatları və texnoloji innovasiyalar regionun strateji perspektivlərini necə dəyişir. Qlobal dəyişikliklər, milli prioritetlər və yerli tendensiyaların Avrasiyada sosial-iqtisadi kontekstinin necə dəyişdiyini öyrənin”, – deyə sessiya barədə məlumatda bildirilib.

Prezident İlham Əliyevlə yanaşı sessiyada Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Qazaxıstan baş nazirinin müavini Erbolat Dosaev, Beynəlxalq Ticarət Mərkəzinin direktoru Aranca Qonsales Laya, “The Foreign Policy Group”-un baş redaktoru Conatan Tepperman, “VEON” şirkətlər qrupunun icraçı direktoru Jan İv-Şarle çıxış edəcək.

Davos iqtisadi forumu çərçivəsində baş tutacaq “Strateji proqnoz: Avrasiya” sessiyası yanvarın 23-də yerli vaxtla 17:00-da (Bakı vaxti ilə 20:00) baş tutacaq.

Qeyd edək ki, Davos Forumu 23-26 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək. Ümumilikdə isə hər ilin yanvarında İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu keçirilir. Forumda il ərzində dünya üçün əhəmiyyətli iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.