Now Reading:
İlham Əliyev Davosda yeni görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə də görüşüb.

Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb, bu ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının keçiriləcəyi qeyd olunub.

Söhbət zamanı TANAP və TAP kəmərlərinin maliyyələşdirilməsi, TANAP qaz kəmərinin bu il ərzində istismara verilməsi, “Şahdəniz-2” yatağından ilk qazın hasil olunması ilə bağlı məsələlər müzakirə edilib.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 24-də Davosda ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteyn ilə görüşü olub.

Görüşdə Azərbaycan Dövlət Neft Fondu ilə “Carlyle Group” arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

***11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda “IBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşüb.

AzərTAc bildirir ki, xanım Cinni Rometti Azərbaycan ilə əməkdaşlığın uğurlu olduğunu, “IBM” şirkətinin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda birgə müəssisə yaratdığını vurğulayıb. Bunun da ölkəmizin coğrafi mövqeyi, uğurlu inkişafı və innovasiyaya yüksək qiymət verməsi ilə bağlı olduğunu deyən Cinni Rometti bu müəssisənin yaradılması ilə Azərbaycanda insan kapitalının daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev “IBM” şirkətinin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu, mövcud əməkdaşlığın gələcək əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, “IBM” şirkətinin Azərbaycana yatırdığı investisiya nəticəsində yüksək ixtisaslı kadrlardan ibarət yeni iş yerləri açılacaq, SOCAR-“IBM” əməkdaşlığı nəticəsində ən müasir texnologiyalardan istifadəyə geniş imkan yaradılacaq, SOCAR-ın əməkdaşları müasir texnologiyalardan istifadə edərək bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Layihə üzərində 1500-dək işçi çalışacaq ki, bu da dünya səviyyəli mütəxəssislərin hazırlanmasına rəvac verəcək. Layihədə Bakı Ali Neft Məktəbinin, o cümlədən Azərbaycanın digər universitetlərinin iştirakı da təmin olunacaq. Bu layihənin icrası nəticəsində ölkəmizin regionda innovasiyaların tətbiqi sahəsində nüfuzu daha da artacaq.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.