Loading...
Loading...
Siyasət

İlham Əliyev: Ermənistan YUNESKO missiyasının regiona səfərinə mane olur

Bakı/24.08.21 Prezident İlham Əliyev BMT-nin yeni təyin olunan rezident- əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edib.

Qonağı salamlayan Əliyev qeyd edib ki, 1993-cü ildə qəbul edilən BMT Təhlükəsizlik Şurasının Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərindən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi ilə qəbul edilən 4 qətnaməsi yerinə yetirilməyib. Üstəlik BMT Təhlükəsizlik Şurasının beş üzvündən üçü ATƏT-in Minsk Qruunun həmsədrləridir.

“Lakin 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib. Bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım, düşünürdüm ki, bu, müharibənin qarşısı alacaq, çünki biz məsələni sülh yolu ilə həll etmək istəyirdik”, – deyə Əliyev bildirib.

Sanksiyalar tətbiq edilsəydi, İkinci Qarabağ Müharibəsi baş verməzdi.

“Ona görə də müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik, BMT-nin Nizamnaməsinin hər bir ölkənin özünümüdafiə hüququnu tanıyan 51-ci maddəsinə uyğun hərəkət etdik”, – deyə Əliyev bildirib.

“İndi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas vəzifəmiz dağıdılmış rayonların bərpasıdır. Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə gələcək əməkdaşlığa ümid edirik, BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var”, – deyə Əliyev davam edib.

O həmçinin bildirib ki, Azərbaycan bir neçə il əvvəl YUNESKO-nu işğal edilmiş ərazilərdə nələrin törədildiyinə baxmaq üçün dəvət edib. “Biz YUNESKO-dan erməni işğalçıları tərəfindən tarixi abidələrimizə vurulan ziyanı qiymətləndirməyi xahiş etdik, ancaq onlar imtina etdi. YUNESKO nümayəndələri bildirdi ki, YUNESKO siyasi məsələlərə qarışmır. Lakin müharibədən sonra YUNESKO-dan onların gəlmək istədiyinə dair siqnallar aldıq”, – Əliyev deyib.

Azərbaycan YUNESKO missiyasının gəlməsinə razılıq verib. “Son məlumata görə, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir”, – deyə Əliyev qeyd edib.

Azərbaycan həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdadır. “Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq. Amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb, viran qoyulmasıdır. Əsas məqsədimiz Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır. Bakıdakı nümayəndəliyinizin bu işə fəal cəlb olunacağına güvənirik”, – deyə Əliyev bəyan edib.

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

Öz növbəsində Andreyeva noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın regionda dayanıqlı sülhün bərqərar olunmasa yeni impuls verəcəyinə ümid etdiyi bildirib. “Dekabr ayında Qarabağ regionunun tələbatının qiymətləndirilməsində hökumətinizə dəstək olduq və 6 rayonda minaların təmizlənməsi üçün dərhal 1 milyon dollar topladıq. Biz minaların təmizlənməsi işində milli mütəxəssislərə dəstəyi davam etdirəcəyik, çünki anlayırıq ki, bu, prioritetdir”, – deyə rezident-əlaqələndiric bildirib.

Eyni zamanda, BMT Dünya Bankı, Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlar ilə ANAMA-ya dəstək və minaların təmizlənməsi prosesi ən yüksək standartlara uyğun aparmaq üçün fond yaradılması istiqamətində işləyir.

“Biz məcburi köçkünlərin həmin bölgəyə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı üçün göstərilən səylərin dəstəklənməsinə tam sadiq qalırıq. Martın 1-də biz BMT ilə Azərbaycan arasında əməkdaşlığa dair yeni Çərçivə sənədini imzalayaraq növbəti beş il ərzində qarşımızda çox böyük vəzifələr qoyduq”, – deyə Andreyyeva davam edib.

“BMT həmçinin daha yaşıl iqtisadiyyatın qurulmasında və səhiyyə, sosial müdafiə, təhsil və ədliyyə sahələrində xidmət göstərən təsisatların imkanlarının gücləndirilməsində hökumətin təşəbbüslərinə dəstək vermək istərdi”, – deyə Andeyev bəyan edib.—06D-

 

Mənbə
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button