Loading...
Loading...
Gündəm

İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib

Prezident İlham Əliyev İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir ki, Azərbaycan tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir və strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin mövcud vəziyyəti məmnunluq doğurur.

Əliyev Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin tam bərpa edildiyini, ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd etdiyini bildirir.

Bundan başqa məktubda “qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan” Azərbaycan-İran münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə inam ifadə olunur.

İyunun 18-də İranda prezident seçkiləri keçirilib. İran məhkəmə sisteminin başçısı İbrahim Rəisi ölkədə keçirilən prezident seçkilərinin qalibi elan edilib.

24 saat” “İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button