24 saat

İlham Əliyev Keniya prezidenti kimi davrana bilərdimi?

Keniyada yenidən seçildiyi elan olunan köhnə prezident nəticələrin saxtakarlığa görə ləğvinə dair Ali Məhkəmənin qərarı ilə hesablaşacağını bəyan edib. AXCP sədri Əli Kərimli feysbuk səhifəsində buna münasibət bildirərək, Azərbaycanla nəzəri müqayisə aparıb:

“Bilirsiniz də, Keniyanın yeni müddətə “seçilmiş” köhnə prezidenti Ali Məhkəmənin seçkinin nəticəsini ləğv etmək haqda qərarını tanıdığını, bu qərarla hesablaşacağını bildirib. Yox, mən bilirəm ki, Azərbaycan məhkəmələrinin heç biri seçkinin saxtalaşdırıldığını təsdiq edəcək cəsarətə malik deyil. İlham Əliyevi elə təhlükə gözləmir. Amma nəzəri söhbətdir də, edirik ))) Bizim Konstitusiya Məhkəməsi də məsələn, 2013-cü ildə cəsarətlənib ATƏT-in “seçkilər məntəqələrin 58 faizində saxtalaşdırılıb” rəyinə istinad və seçkinin nəticəsini ləğv etsəydi, İlham Əliyevin bu qərara münasibəti sizcə, necə olardı?”

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button