Loading...
Loading...
24 saat

İlham Əliyev Neft Fondunun büdcəsini dəyişdi

Fondun gəlirləri 10 milyard 813 milyon 861,6 min manata, xərcləri 15 milyard 242 milyon 928 min manata qaldırılıb

Prezident İlham Əliyev fərman imzalayaraq Dövlət Neft Fondunun 2017-ci il büdcəsini dəyişib. Novator.az-ın məlumatına görə, fondun gəlirləri 10 milyard 813 milyon 861,6 min manata, xərcləri 15 milyard 242 milyon 928 min manata qaldırılıb.

Yeniliyə əsasən, qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi xərcləri 105 milyon manata çatdırılır.

Başqa bir yenilik Türkiyədə “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 744 milyon 72 min manat ayrılmasıdır.

Xərclərin qalan istiqamətləri üzrə yenilik yoxdur. 2017-ci ilin dövlət büdcəsinə transfert 6 milyard 100 milyon manat; makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka transfert 7 milyard 500 milyon manat; Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi 496 milyon 155 min manat; Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi 165 milyon 825 min manat; Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 70 milyon manat; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsi 29 milyon 304 min manat həcmində qalır.

Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 32 milyon 572 min manatdır.

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button