2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İlham Əliyev səfirliyə hücumun qarşısını alanları təltif edib

Yayımlandı: 3 Fevral 2023 17:25

Vasif Tağıyev “Rəşadət”, Mahir İmanov “Vətən uğrunda” medalı ilə təltif olunub

Yanvarın 27-də Azərbaycanın İran səfirlyinə silahlı hücum zamanı həlak olan Orxan Əsgərov “Vətən uğrunda” medalı ilə təltif olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Prezident İlham Əliyev fevralın 3-də sərəncam imzalayıb.

Eyni zamanda, səfirliyin digər rəsmisi Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

O cümlədən, Mahir İmanov da “Vətən uğrunda” medalı ilə təltif olunub.

Sərəncamda hər iki diplomatın terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə təltif edildikləri vurğulanır.

Orxan Əsgərovun dəfni. Foto: “trend.az”

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən Yasin Hüseynzadə mühafizə xidmətinin rəisi Orxan Əsgərovu ölüdürüb, 2 nəfəri isə yaralayıb.

Səfirliyin təhlükəsizlik əməkdaşı Vasif Tağıyev Yasin Hüseynzadəni zərərsizləşdirib.

Yasin Hüseynzadə bu hücumu həyat yoldaşının 9 aydır ki, səfirlikdə saxlanılması ilə izah etsə də, Azərbaycan rəsmi orqanları onun dediklərini rədd edib.

Hadisəni terror adlandıran Azərbaycan XİN elə həmin gün İranın Bakıdakı səfiri Abbas Musəvi nazirliyə çağırıb.

Görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu deyilib.

Həmçinin “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu səfirin diqqətinə çatdırılıb.

Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi açıb.

Yanvarın 29-dan Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb, diplomatlar təxliyə olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button